Accessibility links

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan deyir ki, türk hərbi təyyarəsi Suriya suları üzərində qəzaya uğrayıb.

Lakin baş nazir Ankarada müxbirlərə bildirib ki, o, medianın Suriya qüvvələrinin təyyarəni vurduğu haqda xəbərləri təsdiqləyə bilməz. Onun sözlərinə görə təyyarənin qəzaya uğraması yaxud vurulması haqda kifayət qədər məlumat yoxdur.

Cənab Ərdoğan əlavə edib ki, Türkiyə və Suriya gəmiləri təyyarənin qalıqlarını axtarırlar.

Baş nazir mətbuat konfrasını Meksika və Braziliyaya səfərdən qayıtdıqdan dərhal sonra keçirib.

Türk mediası və Livanda Hezbullaha məxsus əl-Manar televiziyası bir az öncə Suriya qüvvələrinin təyyarəni vurduğunu xəbər vermişdilər.
XS
SM
MD
LG