Accessibility links

Oskar mükafatına nominasiya edilən filmlər - "Race" [Video]


Birləşmiş Ştatlar idmançısı Cessi Ouensin 1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunlarında 4 qızıl medal qazanması, Adolf Hitlerin nasizmi təbliğ etdiyi vaxta təsadüf edir. Böyük qələbədən sonra evə qayıdanda, o hələ də Amerikada ağdərililərlə qaradərililər arasında dərin uçurumun olduğunu görür. Rejissor Stefan Hopkins “Race” – “İrq” adlı dramatic filmində Olimpiya çempionunun öz vətənində rasizmlə üz-üzə gəldiyini göstərir.

Ailədəki 10 uşaqdan ən balacası olan Cessi Ouens tez qaçaraq qələbə qazanmağın dərinin rəngindən daha vacib olduğunu anlayır. Ailəsinə daha yaxşı həyatla təmin edəcəyinə söz verərək, Cessi qaçışla məşğul olmaq üçün Ohayo ştatına gedir.

Ouensin təlimlər keçdiyi və dünya rekordları qazandığı bir vaxt, ABŞ Olimpiya komitəsi Ouensin Hitlerin Olimpiadasında iştirak edib-etməməsini müzakirə edir, Afro-Amerikalı icmanın üzvləri isə onu tədbiri boykot etməyə çağırır.

Təzyiqlərə baxmayaraq, Ouens yarışda iştirak etmək qərarına gəlir. Onun qazandığı dörd Olimpiya qızıl medalı ağdərili, Ariya qanından olduğunu deyən yalançı Hitlerin qarşısında qələbə idi. Onun qələbəsi digər qaradərililərə də yol açır. Lakin o, vətəni Amerikada Olimpiya qəhrəmanı kimi deyil, adi qaradərili insan kimi qəbul edilir.

Ouens rolunu ifa edən Stefan Ceyms bu filmin bütün çətinliklərə baxmayaraq, idmançının nələrə nail olmasını göstərdiyini deyir. “”İrq” kimi filmlər insanın rəngi və mənşəyinin vacib olmadığını, bunun fərdi məsələ olkduğunu göstərir.”

Aktyor 1936-cı ildən bəri Amerikanın bu məsələ ilə bağlı çox işlər gördüyünü, lakin hələ də çox işlər görülməli olduğunu deyir.

Konqresmen Con Luis də bu fikirdədir. Oskar mükafatına nominasiyalar elan edildikdən sonra o, Hollivudda müxtəlifliyin olmaması ilə bağlı müraciət hazırladı. “Biz irəliyə getməkd’ davam etməliyik, bəzən uğursuzluqlar, bəzən məyusluq ola bilər, lakin biz vaz keçməməliyik. Bunun üçün isə biz dayanmadan işləməliyik. İstər ağdərili, istər afrikal-amerikalı, istər ispan mənşəli, istər asiyalı ol, əyləncə sənayesində hamı birdir, bir ailə kimidir.”

Qaçış cığırında Cessi Ouens məhz bu birliyin rəmzi idi.

XS
SM
MD
LG