Accessibility links

Radardan itən Malayziyaya məxsus təyyarəyə aid ilk izlər aşkar edilib [Fotoqalereya]


Hazırda axtarışları davam etdirilən Malaysiyaya məxsus təyyarəni axtaran Vyetnamın xilasediciləri təyyarənin siqnallardan itdiyi ərazidə iki böyük yanacaq izləri aşkar ediblər.

Vyetnam hökuməti bildirir ki, ölkənin cənubundakı həmin əraziyə hazırda xilasedici qayıqlar göndərilməkdədir. Yanacaq iziləri təxminən 15 kilometr uzunluğundadır. Bu həmçinin itən təyyarəyə dair tapıldığı ehtmal edilən ilk izlərdir.

239 nəfərlik sərnişin və ekipaj üzvü olan Malayziya Hava Yollarına məxsus təyyarə Kuala Lumpurdan Pekinə uçan zaman yoxa çıxıb.

Malayziya, Vyetnam, Çin və Filippindən təyyarələr və gəmilər Vyetnamın cənub-qərbindəki Tho Çu adaları sahillərindən 240 kilometrlik aralıda itən təyyarənin axtarışlarını davam etdirir. Vyetnam rəsmiləri deyir ki, itən Boeing 777-200 laynerindən son siqnal orada daxil olub.

Təyyarə havaya qalxandan bir saat sonra yoxa çıxıb.
XS
SM
MD
LG