Accessibility links

Radik Hüseynov Azərbaycanın 13-cü qızıl medalını qazanıb


Radik Hüseynov

Radik Hüseynov

Azərbaycan idmançısı Radik İsayev cümə günü 80 kq çəki kateqoriyasında olan atletlər arasında taekvando üzrə Avropa Oyunları çempionu olub.

O, Niderland idmaçısı Jeron Van Roejə qalib gəlib.

Yarımfinalda İsayev Sloveniyalı İvan Traykoviçi vaxtından əvvəl məğlub edib.

Final mübarizəsi maraqlı olub, İsayev Rusiyalı Vladislav Larinlə yarışıb. Üçüncü raundun əvvəlində İsayev 3:1 öndə idi, lakin Larin bərabərliyi bərpa etməyə müvəffəq olub. Amma yarışın bitməsinə bir neçə saniyə qalmış İsayev 4:3 hesabla qələbə qazanmağa müvəffəq olub.

Beləliklə, 7 günlük yarışların yekununda medalların sayına görə Azərbaycan 30 medalla (13 qızıl, 5 gümüş və 12 bürünc) ikinci yerdə qalmaqdadır. Birinci yerdə 49 medalla (27-12-10) Rusiya, üçüncü yerdə 14 medalla (7-2-5) Macarıstan qərar tutub.

XS
SM
MD
LG