Accessibility links

Radikal qrupların təhdid dolu bəyanatları realdırmı?


Tapança
Tapança

Bəyanatlar olsa da rəsmi təsdiqi yoxdur. MTN əməliyyat şəraitinə nəzarət olunduğunu bildirib

“Meşə Qardaşları” və “Ceyşullah” adlı radikal dini qrup Azərbaycanda hakimiyyətə qarşı hərbi əməliyyatlara start verdiyini bəyan edib.

www.jam.az saytı sosial şəbəkələrə istinadən məlumat yayıb ki, “Meşə Qardaşları” təşkilatı adından tezliklə bu istiqamətdə fəaliyyətə başlanacağı qeyd olunur. Sosial şəbəkələrdə bununla bağlı şüarların öz əksini tapdığı fotolar da yayılıb.

Bununla yanaşı bəyanatların həmin qruplara aid olub-olmaması öz təsdiqini tapmayıb. Qrupların özləri də bəyanatların onlara aid olub-olmamasını təsdiq etməyib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Amerikanının Səsinə bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.

Bununla yanaşı Daxili İşlər Naziri Ramil Usubov yanvarın 28-də keçirilən kollegiya iclasında deyib ki, transmilli mütəşəkkil cinayətkar qruplaşmaların Azərbaycanın ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin, tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır.
XS
SM
MD
LG