Accessibility links

2011-ci ilin noyabrın 18-də Rafiq Tağı evinin yaxınlığında naməlum şəxsin bıçaq zərbələrinə məruz qalıb

Noyabrın 23-də Reportyorların Azadlığı və Təhlükəsizıyi İnstitutunun təşkilatçılığı ilə tanınmış publisist-yazar Rafiq Tağının anım mərasimi keçirilib. O, iki il əvvəl naməlum şəxs tərəfindən qətlə yetirilib.

Jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarından ibarət qrup mərhumun qohumları ilə birlikdə R.Tağının məzarını ziyarət ediblər.

Mərasim noyabrın 23-də bütün dünyada qeyd edilən" Cəzasızlığa Qarşı Gün "ilə üst-üstə düşüb və ifadə azadlığı qurbanları, onların hüquqları uğrunda mübarizəyə həsr olunub.

Yazarı ananlar yasaq sayılan mövzular üzrə ifadə azadlığının müdafiəsində R.Tağının xidmətlərini yada salıblar.

Əsasən onun İranın din xadimlərinin ünvanlarına tənqidlərinə və buna görə islamçıların publisitin qətlinə çağırışla bağlı fətva vermələrinə toxunulub.

Azərbaycan hakimiyyətinin vədlərinə baxmayaraq, R.Tağının qətlinin üstü açılmayıb.
Xatırladaq ki, 2011-ci ilin noyabrın 18-də R.Tağı evinin yaxınlığında naməlum şəxsin bıçaq zərbələrinə məruz qalıb. Bir neçə gündən sonra xəsətəxanada vəfat edib.

Rafiq Tağının ölümü ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Qətlin icraçıları və sifarişçiləri hələ ki tapılmayıb.

Eyni zamanda Media Hüquqları İnstitutu yaydığı bəyanatda hökumətə müraciət edərək, jurnalistlərə qarşı basqılara yol verənlərin cəzasız qalması təcrübəsinə son qoyulmasını təmin etməyə, publisist-yazar Rafiq Tağının, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılaraq məsuliyyətə cəlb olunması yönündə səylərini təxirəsalmadan artırmağa, jurnalistlərə, mediaya qarşı bütün zorakılıq, təhdid, hədələmə, qanunsuz saxlama hallarını əsaslı şəkildə tədqiq edib günahkarları məsuliyyətə cəlb etməyə çağırır.

Show comments

XS
SM
MD
LG