Accessibility links

Rafiq Daşdəmirov: Narkotik ittihamı oğluma yaraşmır [Video-müsahibə]


AXCP-nin təşkilat şöbəsinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin rəhbəri Rafiq Daşdəmirov Amerikanın Səsinə müsahibəsində oğlunun həbsindən vəhəbsin səbəblərindən danışıb.

Amerikanın Səsi: Noyabrın 17-də oğlunuz Sənanı həbs ediblər. Həbsin səbəbi nədir?

Səbəb mənim siyasi fəaliyətimdir.

Rafiq Daşdəmirov: Səbəb mənim siyasi fəaliyətimdir. Milli Şuranın axırıncı mitinqlərinin təşkilatı və texniki işlərinin hamısını mən görmüşəm. Mitinqdə də mənə demişdilər, “sən çəkil”. Ondan qabaq da Facebook parollarımı qırmışdılar. Bir neçə dəfə də başqa xəbərdarlıqlar olmuşdu. Amma, ona baxmayaraq mən geri çəkilməmişdim. Mənim geri çəkilməməyimə görə oğlumu həbs etdilər.

Amerikanın Səsi: Oğlunuz hansı şəraitdə həbs edilib, hansı ittiham irəli sürülüb?

Yalandır, iftiradır, tam mənim fəaliyyətimə görə həbs ediblər.

Rafiq Daşdəmirov: Oğlumu axşam çağı evimizin həyətində həbs ediblər. İttihamını narkotik ittihamı ediblər. Oğlum İqtisad Universitetini qırmızı diplomla qurtarıb. O, ittiham ona yaraşmır. Nəinki o ittiham, ən sadə pis əməllərə belə o gedə bilməz. Yalandır, iftiradır, tam mənim fəaliyyətimə görə həbs ediblər.

Amerikanın Səsi: Oğlunuzun səhhəti necədir.

Rafiq Daşdəmirov: Vəkil görüşür, səhhəti normaldır. Özü də deyir ki, məni atamın fəaliyyətinə görə həbs ediblər.

Amerikanın Səsi: Oğlunuz da AXCP-nin üzvü idi?

Xeyr, oğlum AXCP-nin üzvü deyildi.

Rafiq Daşdəmirov: Xeyr, oğlum AXCP-nin üzvü deyildi. Ümumiyyətlə siyasətdən kənar idi, öz işi ilə məşğul idi.

Amerikanın Səsi: Şikayət veribsinizmi?

Rafiq Daşdəmirov: Vəkil mütəmadi olaraq şikayətlər verir, hüquqi cəhətdən lazım olan nə varsa edir.

Amerikanın Səsi: Bundan sonra siyasi fəaliyyətinizi davam etdirəscəksiniz?

Heç bir şeydən çəkinmədən siaysi fəaliyyətimi davam etdirəcəm.

Rafiq Daşdəmirov: Bəli, buna söhbət ola bilməz. Heç bir şeydən çəkinmədən siaysi fəaliyyətimi davam etdirəcəm.

Amerikanın Səsi: Oğlunuzu həbs edənlərə, ona qarşı ittiham irəli sürənlərə sözünüz?

Ataya görə oğulu tutmazlar.

Rafiq Daşdəmirov: Belə olmaz. Əgər bir insan dindardırsa, dini əməllərlə məşğuldursa, əgər bir insan saf, təmiz uşaqdırsa, o uşaşı belə çirkli əməllə suçlamaq olmaz. Ataya görə oğulu tutmazlar. Əgər sözləri var idisə, gəlib mənə deyərdilər. Oğlumla nə işləri var idi. Oğlum siyasətçi də deyil, siyasətə də qarışmır. Mübarizə aparan mənəm, gəlib mənimlə danışsınlar.

Amerikanın Səsi: Bundan sonra nə edəcəksiniz?

Rafiq Daşdəmirov:Hüquqi müstəvidə mübarizəmi davam etdirəcəm.

Amerikanın Səsi: Oğlunuzun həbsi ailənizə hansı təsiri edib?

Rafiq Daşdəmirov: Ağır olsa da dözməliyik. Nə qədər ağır olsa da dözməliyik. Ailəm də yaxşı bilir ki, bu mənim siyasi fəaliyyətimlə bağlıdır. Ailəm də çox yaxşı bilri ki, siyasi fəaliyyətdə geri çəkilmirsənsə bu mütləq olmalıdır. Amma bir az çəkinmək də var. Anasında, yoldaşında, bir az başqa münasibət də var. Deyir ki, sənə görə oğlumuzu tutdular.

XS
SM
MD
LG