Accessibility links

Rafiq Tağının qətli üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili aparılıb


Yazıçı Rafiq Tağının ailəsi tibbi heyəti məhkəməyə verir
Yazıçı Rafiq Tağının ailəsi tibbi heyəti məhkəməyə verir

Baş Prokurorluq cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən

“Son günlər bəzi KİV-də Rafiq Tağıyevin qətlinin üstünün açılmaması, cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, həmçinin iş üzrə istintaqın dayandırılması ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb. Həmin məlumatlar cinayət işinin materialları ilə ziddiyyət təşkil etdiyindən tərəfimizdən təkzib olunur”. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
Mətbuat xidməti bildirir ki, cinayət işi üzrə çoxsaylı istintaq-əməliyyat tədbirləri həyata keçirilib, o cümlədən zərərçəkmiş və şahid qismində 180-dən artıq şəxs dindirilib, habelə 10-a yaxın kompleks ekspertiza təyin olunaraq müvafiq rəylər alınıb. Bununla yanaşı, Rafiq Tağıyevi Kliniki Tibbi Mərkəzə gətirmiş təcili yardım stansiyasının həkimləri, həmçinin müalicəsi ilə məşğul olmuş tibb işçiləri də dindirilib.

Baş Prokurorluq xatırladır ki, hadisədən əvvəlki və hadisə günlərində mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili aparılıb, onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməyib ki, bunun da səbəbi texniki nasazlıqlarla əlaqədar olub.

Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərir ki, R.Tağıyevin ölümünün səbəbi onun bədəninə bıçaqla yetirilən xəsarətlər olub.

Göstərilənlərlə yanaşı R.Tağıyevin hüquqi varisi M.Tağıyeva və sonuncunun nümayəndəsi Elçin Sadıqov tərəfindən istintaqa daxil olmuş həyata keçirilməsi xahiş olunan ayrı-ayrı istintaq və prosessual hərəkətlərə dair vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən baxılaraq müvafiq qərarlar qəbul edilib.
Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində qeyd edilən cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Rafiq Tağıyevə yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağıyev noyabrın 23-də xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı ilk əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağıyevin ölümündən sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.
XS
SM
MD
LG