Accessibility links

Rafiq Tağının qətli üzrə istintaqın dayandırılması barədə şikayət təmin edilməyib


Yazıçı-publisist Rafiq Tağı xəstəxanada (21 noyabr 2011-ci il)
Yazıçı-publisist Rafiq Tağı xəstəxanada (21 noyabr 2011-ci il)

Rafiq Tağı 2011-ci ildə qətlə yetirilib. Onun qətli ilə bağlı cinayət işinin istintaqı 2013-cü il noyabrın 8-də dayandırılıb

Aprelin 25-də Bakının Nəsimi rayon Məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə mərhum jurnalist Rafiq Tağının qətli üzrə ibtidai istintaqın dayandırılması barədə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin 8 noyabr 2013-cü il tarixli qərarından şikayətə baxılıb.

Vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb ki, məhkəmə şikayəti təmin etməyib. “Qərarın yazılı mətni bizə verilməyib. Artıq apellyasiya şikayətini təqdim etmişik”, o qeyd edib.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da evinə gedərkən naməlum şəxslər tərəfindən bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan jurnalist xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub. Əməliyyatdan sonra o özünü yaxşı hiss edib. Lakin,
Rafiq Tağı 2011-ci il noyabrın 23-də xəstəxanada qəflətən vəfat edib.

Jurnalistin tənqidi hekayələri bir qayda olaraq təzyiqlə qarşılanıb. O 2006-cı ilin 15 noyabrında “Sənət qəzeti”ndə dərc etdirdiyi “Avropa və biz” essesinə görə 3 il həbs olunub, lakin 29 dekabr 2007-ci ildə dövlət başçısının əfv fərmanı ilə azadlığa buraxılıb. Ölümündən bir qədə əvvəl isə "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsini yazmışdı.
Rafiq Tağıya qəsdlə bağlı 19 noyabr 2011-ci ildə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb, istintaq-əməliyyat qrupu yaradılıb.

Baş Prokurorluq 2013-cü il noyabrın 8-də bildirib ki, ibtidai istintaq zamanı irəli sürülmüş fərziyyələrin yoxlanılması istiqamətində mümkün olan bütün zəruri və təxirəsalınmaz istintaq və prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb.

Mövzuya uyğun

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG