Accessibility links

Əhməd Xan Rahamiyə qarşı terror ittihamları irəli sürülüb


Birləşmiş Ştatlar rəsmiləri Əfqanıstanda anadan olmuş Əhməd Xan Rahamiyə qarşı terror hücumu ilə bağlı ittiham irəli sürüb. Əhməd Xan Rahami üç gün ərzində Nyu-York və Nyu-Cersidə bombalar yerləşdirməkdə şübhəli bilinir.

Nyu-Cersi prokurorları əvvəlcə bazar ertəsi Lindendə polislə atışma zamanı iki polisi yaralayan və özü də yaralanan 28 yaşlı Əhməd Xan Rahamiyə 5 maddə üzrə qətlə cəhd ittihamı irəli sürmüşdü.

Federal Təhqiqatlar Bürosu çərşənbə axşamı Rahaminin atasının 2014-cü ildə oğlunun ekstremistlərlə mümkün əlaqəsi ilə bağlı narahatlığını izhar etdiyini bildirib.

Müxbirlərdən biri ataya "oğlunuzun xaricdəki terrorla əlaqəsi olduğunu Federal Təhqiqatlar Bürosuna bildirmisinizmi" sualının cavabında o, "bəli" cavabı verib. "Bəs onlar nə dedilər?" sualının cavabında isə ata "onlar bir iş görmədilər" deyib.

Federal Təhqiqatlar Bürosu isə Əhməd Xan Rahaminın fəaliyyətinə nəzər salındığını, lakin istintaq üçün heç bir səbəbin olmadığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG