Accessibility links

Rahim Hacıyev: “Azadlıq” qəzetinin sıradan çıxarılması planlaşdırılmış siyasətdir [Audio-Müsahibə]


please wait

No media source currently available

0:00 0:05:49 0:00
Direct link

Amerikanın Səsi: Bələdiyyə seçkiləri zamanı qanun pozuntusunun aşkarlandığı Yasamal rayon 12 saylı seçki məntəqəsi “Azadlıq” qəzetini məhkəməyə verib. Buna görə məhkəməyə müraciət edilməsi normal haldırmı?

Rahim Hacıyev: Azərbaycanda çox şey normal deyil. O cümlədən də mətbuata münasibət. Çox təəssüflər olsun ki, hakimiyyət hüquq-mühafizə orqanlarından azad mətbuata, ilk növbədə “Azadlıq” qəzetinə qarşı istifadə

Hakimiyyət hüquq-mühafizə orqanlarından azad mətbuata, ilk növbədə “Azadlıq” qəzetinə qarşı istifadə edir.

edir. Son illər ərzində biz dəfələrlə bunun şahidi olmuşuq. Qanunsuz həbslər, qanunsuz məhkəmə hökmləri, qanunsuz qərarlar, qəzetin müxtəlif əməkdaşlarının həbsi. Bu gün də “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri həbsdədir və 5 il azadlıqdan məhrum edilib. Bir müddət əvvəl də qəzetin üzərinə 75 min manatlıq məhkəmə cəriməsi qoyulmuşdu. Baxmayaraq ki, hökumət korrupsiyaya qarşı mübarizə aparır, biz korrupsionerlərdən yazan kimi bizi məhkəməyə verirlər. Məhkəmə də çox təəssüf ki, açıq şəkildə qanunlara zidd qərarlar qəbul edir. Bizim heç bir arqumentimiz, faktımız, sübutumuz qəbul edilmir. Son hadisə də bunlardan biridir. Həmin məntəqədə seçkilərin nəticələrinin ləğv edilməsinə baxmayaraq, qəzetimiz məhkəmə verilib. İddia qaldırılıb, məhkəmənin ilk iclası fevral ayının 12-nə təyin edilib.

Amerikanın Səsi: İki dəfə məhkəmə qərarı ilə üzləşən media orqanının bağlanmasına dair qərar çıxarılıb. Bununla bağlı nə deyərdiniz?

Sovetlərə qarşı Milli Azadlıq Hərəkatı dönəmində təsis edilmiş "Azadlıq" qəzeti müasir və müstəqil Azərbaycanda demokratik qüvvələrin ən qocaman qəzetidir.
Sovetlərə qarşı Milli Azadlıq Hərəkatı dönəmində təsis edilmiş "Azadlıq" qəzeti müasir və müstəqil Azərbaycanda demokratik qüvvələrin ən qocaman qəzetidir.

Rahim Hacıyev: Maraqlı burasındadır ki, İlham Əliyevin dəyişiklikləri imzalamasından bir neçə gün sonra “Azadlıq” qəzeti məhkəməyə verildi. Mən hesab eləmirəm ki, bütün bunlar təsadüfdür. Bizə qarşı təsadüfi heç nə yoxdur. Hər şey qabaqcadan planlaşdırılır və həyata keçirilir. “Azadlıq” qəzetinin sıradan çıxarılması üçün müxtəlif istiqamətlərdə açıq-aydın, qabaqcadan planlaşdırılmış bir siyasət aparılır. Çünki ölkənin həqiqətlərini, ölkədə baş verənləri obyektiv işıqlandıran bir qəzet qalıb, onu da sıradan çıxarmaq üçün məhz leqal üsulların tətbiqindən də istifadə nəzərdə tutulur. Bir məhkəmə, iki məhkəmədən sonra “Azadlıq” qəzetinin bağlanmasına heç bir problem qalmayacaq.

Amerikanın Səsi: Qasidin qəzetinizə olan 70 min manatlıq borcları ödəməməsi ilə maliyyə böhranı yaşayırsınız. Bununla bağlı nə etmək niyyətindəsiniz?

Son aylar ərzində “Azadlıq” qəzetinin fəaliyyəti qəzetin əməkdaşlarının fantastik fədakarlığının nəticəsidir.

Rahim Hacıyev: Qasidin bizə ödəniş etməməsi 2012-ci ildən başlayıb. Uzun müddət ərzində qəzet ən müxtəlif səviyyələrdə bu problemi qaldırıb. Qasid firması qarşısında çoxlu sayda etirazımız olub. Amma heç bir müsbət nəticə əldə edilməyib. Bizə zərbə vurmaq üçün Qasid firmasını belə bir vəziyyətə saldılar, onların köşklərini götürdülər. Amma biz pulumuzu tələb etdiyimiz vaxt onların bunu ödəməyə imkanı var idi. Çox təəssüf ki, buna da imkan verilmədi. Hətta bir dəfə özləri etiraf etdilər ki, köşklərimiz götürülüb və əldə etdiyimiz vəsait əməkdaşlarımıza verilir. Təsəvvür edin, “Azadlıq” qəzetinin nüsxələri satılıb, əldə olunan vəsait Qasid firmasının problemlərinin həllinə sərf olunub. Vəziyyətimizi daha da ağırlaşdırmaq üçün metro stansiyalarında qəzet satışı dayandırılıb. KİV-ə Dövlət dəstəyi ilə əməkdaşlıq proqramlarımıza xitam verilib. Məqsədli şəkildə “Azadlıq” qəzetinin sıradan çıxarılması üçün qəzetlə əməkdaşlıq proqramı dayandırılıb.Tam məsuliyyətlə bildirirəm ki, son aylar ərzində “Azadlıq” qəzetinin fəaliyyəti qəzetin əməkdaşlarının fantastik fədakarlığının nəticəsidir. Oktyabr ayından qəzetin əməkdaşlarına maaş ödənilmir. Mənim üçün çox çətin proqnozlaşdırılan bir məsələ var ki, biz nə vaxta qədər davam gətirə biləcəyik? Bu ən çətin, ən mürəkkəb sualdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG