Accessibility links

Rahim Hacıyev: Azadlıq qəzetini ictimaiyyətin geniş abunə kampaniyası xilas edə bilər [Video-Müsahibə]


Rahim Hacıyev: Azadlıq qəzetini ictimaiyyətin geniş abunə kampaniyası xilas edə bilər
please wait

No media source currently available

0:00 0:05:24 0:00

Azadlıq qəzetinin baş redaktorunun birinci müavininin Amerikanın Səsinə müsahibəsi

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə müsahibəsində qəzetin ağır maliyyə durumu, yayım şirkətinin qəzetə olan borclarını qaytarmamasının səbəbləri və vəziyyətdən çıxış yollarından danışıb.

Amerikanın Səsi: Qəzetinizin çapını dayandıracağı ilə bağlı məlumat yayıbsınız? Səbəb nədir?

Qəzet kağızının qiyməti 50 faiz, çap xərcləri 25 faiz artıb. Bütün bunlar o deməkdir ki, “Azadlıq” qəzetinin ağır olan vəziyyəti daha da pisləşib.

Rahim Hacıyev: Məsələ burasındadır ki, xüsusən 2015-c il dekabrın 21-də baş vermiş ikinci devalvasiyadan sonra qiymətlər kəskin artıb. Bu özünü qəzet kağızının qiymətində və çap xərclərində göstərib. Qəzet kağızının qiyməti 50 faiz, çap xərcləri 25 faiz artıb. Bütün bunlar o deməkdir ki, “Azadlıq” qəzetinin ağır olan vəziyyəti daha da pisləşib. Qəzetin nəşriyyata xeyli borcu yığılıb. “Azərbaycan” Nəşriyyatı borcun ödənilməsi ilə bağlı tələb qoydu, vaxt verdi. Sadəcə olaraq müəyyən qədər vəsait ödənildikdən, qismən ödəniş olandan sonra bu müddət daha bir neçə həftə uzadıldı.

Amerikanın Səsi: Yayım şirkəti də qəzetinizə olan borclarını qaytarmır. Buna səbəb nədir? Başqa üsullarla qəzetin yayımına imkanlar varmı?

Yəni qəzetlərin satışı, yayılma arialı hədsiz dərəcədə daraldılıb. Ona görə də ilk növbədə problemlər bunun nəticəsində yaranıb.

Rahim Hacıyev: Çox təəssüflər olsun ki, 2013-cü ilin oktyabrında metroda qəzet satışı dayandırıldı. 2014-cü ilin yanvarında əldə qəzet satmaq praktikasına faktiki olaraq son verildi. Ondan əvvəl də müxtəlif üsullarla qəzet yayımı ilə məşğul olmaq cəhdlərinin qarşısı açıq şəkildə alınıb, imkan verilməyib. Yəni qəzetlərin satışı, yayılma arialı hədsiz dərəcədə daraldılıb. Ona görə də ilk növbədə problemlər bunun nəticəsində yaranıb. Bunun nəticəsində də “Azadlıq” qəzetinin maliyyə vəziyyəti pisləşib.

Amerikanın Səsi: Bəs yayım şirkəti sizin borcunuzu niyə qaytarmır?

Açıq-aşkar göründü ki, hökumət “Qasid”in “Azadlıq” qəzetinə borcunu qaytarmasında maraqlı deyil.

Rahim Hacıyev: Bizə ən çox borcu olan “Qasid” şirkətidir. Çox təəssüflər olsun ki, uzun müddət ərzində göstərdiyimiz səylərə baxmayaraq “Qasid” şirkəti borcunu ödəmir. “Qasid” şirkəti əslində hökumətindir. Bu şirkətin səhmlərinin əsas hissəsi hökumətin əlindədir. Amma çox təəssüflər olsun ki, göstərilən səylərin heç birinin nəticəsi olmadı, açıq-aşkar göründü ki, hökumət “Qasid”in “Azadlıq” qəzetinə borcunu qaytarmasında maraqlı deyil.

Amerikanın Səsi: Necə olur ki, qəzetinizi satırlar, ancaq sizin pulunuzu vermirlər?

Qanunsuzluq o həddə çatıb ki, sadəcə olaraq məhsul istehsal edən müəssisənin məhsulunu kimsə satır və onun pulunu vermir.

Rahim Hacıyev: Bu ölkədə qanuna olan ümumi münasibət halıdır. Qanunsuzluq o həddə çatıb ki, sadəcə olaraq məhsul istehsal edən müəssisənin məhsulunu kimsə satır və onun pulunu vermir. Çox təəssüflər olsun ki, Azərbaycanda bu xeyli mənada geniş yayılmış bir haldır.

Amerikanın Səsi: Dövlət rəsmiləri ölkədə çap olunan qəzetlərə böyük miqdarda maliyyə yardımları edilməsi barədə məlumatlar yayır. Elə isə ölkədə ən çox tirajla çap olunan “Azadlıq” qəzetinin bu duruma düşməsinə səbəb nədir? Sizə yardım olurmu?

“Azadlıq” qəzetinin kollektivinin ölkədə baş verən hadisələr, proseslərlə bağlı obyektiv informasiya yaymaqla məşğul olması hakimiyyəti möhkəm şəkildə əsəbləşdirir.

Rahim Hacıyev: Bunun bir səbəbi var. Hələ 2013-cü ildə Prezident Aparatının rəsmilərindən biri (səhv etmirəmsə Mətbuat Şurasının qurultayında) “Azadlıq” qəzetinin dövlətçiliyə qarşı çıxdığını bildirmişdi. Sadəcə olaraq “Azadlıq” qəzetinin kollektivinin obyektiv informasiya yaymaq, ölkədə baş verən hadisələr, proseslərlə bağlı obyektiv informasiya yaymaqla məşğul olması hakimiyyəti möhkəm şəkildə əsəbləşdirir və faktiki olaraq, onda artıq bəlli idi ki, “Azadlıq” qəzetinə təzyiqlər artacaq. 2013-cü illərin sonlarında KİV-ə Dövlət Dəstəyi Fondu “Azadlıq” qəzeti ilə əməkdaşlığı dayandırdığını bildirdi. Ondan sonra ötən müddətdə heç bir əməkdaşlıq yoxdur. Bu da Azərbaycan hakimiyyətinin söz azadlığına, mətbuat azadlığına olan münasibətinin göstəricisidir.

Amerikanın Səsi: Bəs necə olur ki, ölkənin ən çox tirajla çap olunan qəzeti böhran yaşayır, digər aztirajlı qəzetlər böhran yaşamır?

Sadəcə olaraq KİV-ə Dövlət Dəstəyi Fondu bir reklam kampaniyasıdır. Guya Azərbaycan hakimiyyəti mətbuata yardım göstərir. Əslində azad bazar münasaibətləri mövcud olmalıdır.

Rahim Hacıyev: Birincisi heç bir normal demokratik ölkədə dövlət mətbuata yardım göstərə bilməz. Sadəcə olaraq KİV-ə Dövlət Dəstəyi Fondu bir reklam kampaniyasıdır. Guya Azərbaycan hakimiyyəti mətbuata yardım göstərir. Əslində azad bazar münasibətləri mövcud olmalıdır. Bütün mətbuat orqanları da azad bazarın imkanlarından, reklam imkanlarından istifadə etməlidir və inkişaf etməlidir. Ona imkan verilmir. Əslində KİV-ə Dövlət Dəstəyi Fondu süni şəkildə kimlərin isə sıradan çıxarılması, hansısa mətbuat orqanlarının süni surətdə həyatda qalmasını təmin etmək məqsədi güdür.

Amerikanın Səsi: Hazırki durumdan çıxış üçün hökumət və istimaiyyət sizə necə yardım edə bilər?

Görünür hökumət azad mətbuatın inkişafında maraqlı olmadığı üçün addım atmır.

Rahim Hacıyev: Hökumətə bu məsələ ilə bağlı onu deyə bilərəm ki, Mətbuat Şurası bir müddət əvvəl hökumətə qəzet kağızına olan əlavə dəyər vergisinin qaldırılması, ləğvi ilə bağlı müraciət edib. Bu günə qədər heç bir nəticə yoxdur, heç bir tədbir görülmür. Devalvasiyadan sonra müxtəlif sahələrdə qiymətlərin artmasına imkan verməməklə bağlı qərarlar, göstərişlər, sərəncamlar verilib. Bu və ya digər şəkildə onlar yerinə yetirilib. Görünür hökumət azad mətbuatın inkişafında maraqlı olmadığı üçün addım atmır.

O ki, qaldı ictimaiyyətə, ictimaiyyət geniş şəkildə abunə kampaniyasında iştirak etməklə "Azadlıq" qəzetinin yaşamasını təmin edə bilər. Abunə kampaniyası çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan ictimaiyyəti, demokratik ictimaiyyət "Azadlıq" qəzetini xilas etmək istəyirsə abunə kampaniyasında iştirak etməlidir və qəzetin yaşamasını yalnız bu halda təmin etmək olar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG