Accessibility links

Rahim Hacıyev: “Azadlıq” qəzeti azadlıqların ruporudur [Video]


Qəzetin baş redaktorunun birinci müavini Amerikanın Səsinə medianın problemlərindən danışır

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür. Ölkənin müstəqillik dövrünün ilk müstəqil mediası olan “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə müsahibəsində medianın problemlərindən danışıb.

Amerikanın Səsi: Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Azərbaycanın müstəqillik dövrünün ilk müstəqil mediası olan “Azadlıq” qəzetinin durumu necədir?

Uzun illərdir ki, “Azadlıq” qəzeti çox ağır şəraitdə fəaliyyət göstərir.

Rahim Hacıyev: “Azadlıq” qəzetinin bugünkü vəziyyəti ayrılıqda müzakirə oluna bilməz. Ona görə ki, ölkədə söz və mətbuat azadlığı çöx böyük əhəmiyyət kəsb etməklə yanaşı, mövcud azadlıqların vəziyyəti ilə birgə ölçülməlidir, bu baxımdan qiymətləndirilməlidir. Ölkədə azadlıqlar məhdudlaşdırılırsa təbii ki, söz azadlığı da məhdudlaşdırılır və biz hamımız bunun şahidiyik. Çox təəssüflər olsun ki, mətbuat günündə növbəti dəfə ağır şəraitdə, bu bayramı qeyd etməliyik. Çox təəssüflər olsun ki, böyük ruh yüksəkliyi yoxdur. Bu da yaradılmış problemlər və çətinliklərlə bağlıdır. Uzun illərdir ki, “Azadlıq” qəzeti çox ağır şəraitdə fəaliyyət göstərir. Çox təəssüf ki, növbəti dəfə “Azadlıq” qəzeti ağır və mürəkkəb iş şəraitində, ölkədə olan ağır siyasi şəraitdə fəaliyyətini davam etdirməyə məcburdur.

Amerikanın Səsi: Hökumət söz və media azadlığının tam təmin edildiyini və dövlətin bunu dəstəklədiyini bildirir? Hətta mediaya ildə milyonlarla manat vəsait ayrıldığını bildirirlər. Sizin baxışınız necədir?

Normal ölkələrdə, yəni demokratiyanın normal inkişaf etdiyi ölkələrdə mətbuat orqanlarının özünün çox böyük imkanları olur. Bu da mətbuat azadlığının təmin olunması ilə bağlıdır.

Rahim Hacıyev: Hökumət söz və mətbuat azadlığını təmin etsəydi, Azərbaycanda çoxlu sayda müstəqil qəzetlər olardı. Bu gün “Azadlıq” yeganə müstəqil qəzet kimi tanınmazdı. Çoz təəssüflər olsun ki, biz artıq elə bir vəziyyətə gəlib çatmışıq ki, “Azadlıq” yeganə müstəqil qəzet kimi qalıb. Bu proses də uzun müddət çəkməyə bilər. Digər tərəfdən, hökumətin mətbuatı dəstəkləməsi sivil dünyanın qaydalarına heç də uyğun deyil. Normal ölkələrdə, yəni demokratiyanın normal inkişaf etdiyi ölkələrdə mətbuat orqanlarının özünün çox böyük imkanları olur. Bu da mətbuat azadlığının

Rahim Hacıyev və Tapdıq Fərhadoğlu

Rahim Hacıyev və Tapdıq Fərhadoğlu

təmin olunması ilə bağlıdır. Mətbuat orqanları da biznes layihəsinin iştirakçısı kimi mövcud imkanlardan yararlanır və böyük reklam bazarı olur. Nüfuzlu media orqanları böyük məbləğdə reklamlar alır və bununla da öz problemlərini həll edir.

Amerikanın Səsi: Bu gün Azərbaycan media orqalarını, o cümlədən “Azadlıq” qəzetini biznes qurumu, yoxsa rupor adlandırmaq olar?

“Azadlıq” qəzeti azadlıqlar uğrunda gerçək mübarizə aparan qəzetdir. “Azadlıq” qəzeti jurnalistikanın qızıl qaydası olan həqiqəti yaymaq prinsipinə sadiqdir.

Rahim Hacıyev: Münasibətlərin mürəkkəb olduğu, azadlıqların kəskin şəkildə məhdudlaşdırıldığı şəraitdə mətbuat orqanlarının özünün də fəaliyyətində müəyyən spesfik xüsusiyyətlər ortaya çıxır. Mən razıyam, bəziləri bizi rupor kimi qiymətləndirir, amma “Azadlıq” qəzeti heç bir təşkilatın ruporu deyil. “Azadlıq” qəzeti azadlıqların ruporudur. “Azadlıq” qəzeti Azərbaycanda azad sözün ruporudur. “Azadlıq” qəzeti azadlıqlar uğrunda gerçək mübarizə aparan qəzetdir. “Azadlıq” qəzeti jurnalistikanın qızıl qaydası olan həqiqəti yaymaq prinsipinə sadiqdir. Bu, qəzetin hər bir nömrəsində özünü göstərir.

Amerikanın Səsi: Medianın problemlərinin həllini nədə görürsünüz? Hökumət, cəmiyyət, media ictimaiyyəti nə etməlidir?

Hökumət mətbuat orqanlarının öz prinsiplərinə uyğun normal fəaliyyətinə mane olmamalıdır. Bu, hökumətin ən böyük xidməti olar və ondan başqa bir şey də istəmirik.

Rahim Hacıyev: Təbii ki, hər şeyə görə hökuməti qınaya bilmərik. Əlbəttə ki, ölkədəki vəziyyətə, azadlıqların vəziyyətinə görə əsas məsuliyyəti hökumət daşıyır. Bu baxımdan ən böyük məsuliyyət hökumətin üzərinə düşür. Sadəcə hökumət mətbuat orqanlarına mane olmamalıdır. Hökumət mətbuat orqanlarının öz prinsiplərinə uyğun normal fəaliyyətinə mane olmamalıdır. Bu, hökumətin ən böyük xidməti olar və ondan başqa bir şey də istəmirik. Azərbaycan cəmiyyəti də azad mətbuatın mövcudluğunun təmin olunması üçün çox çalışmalıdır. Çünki mətbuat azadlığı olmayan ölkədə başqa azadlıqların olması mümkün deyil. Mətbuat azadlığı, ifadə azadlığı müstəsna əhəmiyyət kəsb edən məsələdir. O ki qaldı media ictimaiyyətinə, çox təəssüf ki, azad media ictimaiyyəti artıq kiçik bir qüvvəyə çevrilib. Bütün bunlara baxmayaraq media ictimaiyyətindəki vicdanlı adamlar mətbuat azadlığı uğrunda mübarizəni davam etdirirlər. Bunu ölkənin, ictimaiyyətin mənafeləri tələb edir.

Amerikanın Səsi: Fikrinizcə, ölkə əhalisinin neçə faizi qəzet oxuyur?

Azadlıq qəzeti

Azadlıq qəzeti

Rahim Hacıyev: Adamların mətbuat orqanlarına marağı heç də az deyil. Müasir dövrdə çoxlu platformalar var, onların köməyi ilə ölkədə, dünyada baş verənlərdən xəbər tutmaq mümkündür. Ölkədə iki ağır, dağıdıcı devalvasiya olmasına baxmayaraq adamlarım mətbuata marağı qalır. Əlbəttə, maddi, iqtisadi sıxıntılar “Azadlıq” qəzetinin də satışına təsir göstərib. Mən bunu etiraf etməyə bilmərəm. Amma, bütün bunlara baxmayaraq insanlar “Azadlıq” qəzetini oxuyur, ən çox tirajlı media orqanı kimi qəzetimiz fəaliyyətini davam etdirir. Digər tərəfdən də “Azadlıq” qəzetinin saytı var, hər gün on minlərlə insan sayt vasitəsilə ölkədə və dünyada gedən prosesləri izləyir. Adamların mətbuata marağı var.

XS
SM
MD
LG