Accessibility links

Azərbaycanla Tacikistan 9 sənəd imzalayıb


Azərbaycan prezidenti İlham Əliyev və Tacikistan prezidenti Emoməli Rəhmon

Azərbaycan prezidenti İlham Əliyev və Tacikistan prezidenti Emoməli Rəhmon

Sənədlər təhsil, kənd təsərrüfatı, xarici işlər nazirlikləri, milli olimpiya komitələri arasında əməkdaşlığı nəzərdə tutur

Bu gün Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyevlə Emomali Rahmonun danışıqlarından sonra iki ölkə arasında 9 sənəd imzalanıb.
Dövlət başçıları birgə bəyanat imzalayıblar. Bundan əlavə, “Bakı Dövlət Universiteti və Tacikistan Milli Universiteti arasında əməkdaşlıq haqqında müqavilə”, “Milli Olimpiya komitələri arasında əməkdaşlıq haqqında memorandum”, “Kənd Təsərrüfatı nazirlikləri arasında saziş, iki ölkə XİN arasında əməkdaşlıq haqqında protokol”, Müəllif və qarışıq hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş”, “Gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqında hökumətlərarası saziş” imzalanıb.
Həmçinin Azərbaycan və Tacikistan hökumətləri arasında 2013-2015-ci illərdə iqtisadi əməkdaşlıq üzrə proqram imzalanıb.
XS
SM
MD
LG