Accessibility links

Sabirabadda AXCP fəalı həbs edilib


Rail Rüstəmov (Foto Rail Rüstəmovun Facebook səhifəsindən götürülüb)

Rail Rüstəmov (Foto Rail Rüstəmovun Facebook səhifəsindən götürülüb)

AXCP Gənclər Komitəsinin fəalı Rail Rüstəmov fevralın 16-da Sabirabad rayon Bakıdan 176 kilometr cənub-qərb) Polis Şöbəsi tərəfindən saxlanılıb.

Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Rail Rüstəmov Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sabirabad rayon şöbəsindən bu qurumun Ali Məclisinin üzvü Sahib Rüstəmlinin oğludur.

Bayramlının sözlərinə görə, Rail Rüstəmova Sabirabad rayon Məhkəməsi polisə müqavimət ittihamı ilə inzibati qaydada 20 sutka həbs verib.

Sahib Rüstəmli isə bildirib ki, onun özünü də dünən Sabirabad rayon Polis Şöbəsinə çağırıb hədə-qorxu gəliblər, facebook fəaliyyətinə son verməyi, fəal olmamağı tələb ediblər.

Fevralın 16-da həm Sahib Rüstəmlinin, həm də həbs edilən oğlu Rail Rüstəmovun avtomobilləri əllərindən alınaraq cərimə meydançasına aparılıb.

Rail Rüstəmovun həbs edilməsini Sabirabad rayon Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə təsdiq ediblər. Ancaq növbətçi hissə əlavə məlumat verməyib.

AXCP sədrinin müavini Gözəl Bayramlı fəalın həbsinin Facebook-da fəallığı ilə bağlı olduğunu bildirib.

XS
SM
MD
LG