Accessibility links

Filippinin paytaxtı Manilada leysan yağışları şəhərin yarısını daşqınlara məruz qoyaraq, torpaq sürüşmələrinə və 250000-dən çox insanın evlərindən didərgin düşməsinə səbəb olub.

Manilanın bəzi yerlərində musson yağışlarından yaranmış daşqınlar insan boyu hündürlüyünə çatıb. Bu gün sakinlərin bəziləri xilas qayıqlarına minə bilib. Yerdə qalan sakinlər isə baş verənləri evlərinin damından izləyib. Şəhərin şimalında torpaq sürüşmələri səkkiz nəfərin ölümünə səbəb olub.

Ötən həftə isə Saola qasırğası 50 nəfərin ölümünə səbəb olub. Daşqınlar üç il ərzində Filippində ən dəhşətli daşqın hesab edilir. Sinoptiklər yağışların təxminən çərşənbə gününədək davam edəcəyini proqnozlaşdırıb.
XS
SM
MD
LG