Accessibility links

BVF Azərbaycana daha çevik valyuta məzənnəsi rejiminə keçidi tövsiyə edir


Raja Almarzoqi
Raja Almarzoqi

“2014-cü ilin sonundan Azərbaycan iqtisadiyyatı neftin qiymətinin kəskin enməsi, ABŞ dollarının mövqeyini gücləndirməsi və regionda milli valyutaların ucuzlaşması dalğasının təsirinə məruz qalıb və nəticədə fevralda manat əhəmiyyətli dərəcədə ucuzlaşıb. Devalvasiya dövlətin hesablar balansını yaxşılaşdırsa da, dollarlaşma kəskin yüksələndən və devalvasiya bankların kapital və manat likvidliyi mövqelərinə təsir edəndən sonra maliyyə sektorunun həssaslığının artması ilə bağlı narahatçılıqlar yaranıb”. Bu barədə Beynəlxalq Valyuta Fondunun missiyasının rəhbəri Raja Almarzoqi Bakıya səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

İyunun 2-dən 8-dək Raja Almarzoqinin rəhbərliyi altında Beynəlxalq Valyuta Fondununun (BVF) missiyası makroiqtisadi prosesləri qiymətləndirmək və 2015-ci ilin dekabrına planlaşdırılan IV Maddə üzrə Məsləhətləşmələr missiyasına hazırlıq məqsədilə Bakıda səfərdə olub. Səfər əsnasında, missiya yüksək vəzifəli dövlət rəsmiləri, habelə özəl sektor və diplomatik dairələrin nümayəndələri ilə müzakirələr aparıb.

O hesab edir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatları aprelin ortalarından başlayaraq xeyli dərəcədə sabitləşib və hazırda idxalın 7 ayına bərabərdir, yəni hələ narahatçılıq doğurmayan bir səviyyədədir (neft fondu daxil olmaqla xarici ehtiyatlar 35 aylıq idxalın dəyərinə bərabərdir).

Qeyri-neft ÜDM-sinin artım tempinin bu il 3.5 faizə enəcəyi gözlənilir.

“Yaxın müddətli dövrdə makroiqtisadi perspektivlər əhəmiyyətli dərəcədə pisləşib. Qeyri-neft ÜDM-sinin artım tempinin bu il 3.5 faizə enəcəyi gözlənilir, belə ki, neft ixracından daxilolmaların xeyli azalması və dövlət investisiyaları dinamikasının səngiməsi özəl sektora olan tələbata təsir edəcəkdir (özəl sektora tələbat devalvasiyadan sonra əminliyin müəyyən qədər itirildiyindən artıq zəifləyib)”, BVF-nin missiyasının rəhbəri qeyd edib.

Raja Almarzoqinin fikrincə, gələn il neftin qiymətinin müəyyən qədər bərpası 2016-cı ildə qeyri-neft ÜDM-sini, demək olar ki, 4.5%-ə qaldırmağa kömək etməlidir.

İnflyasiyanın 2015-ci ildə təqribən 8.5%-ə çatacağı güman edilir.

“Tələb daha aşağı olduğundan və bu ilin əvvəlində qiymət artımının qarşısını almaq üçün hökumət tərəfindən tədbirlər görüldüyü üçün inflyasiyanın 2015-ci ildə təqribən 8.5%-ə çatacağı güman edilir. Neftin qiymətinin aşağı olacağı təqdirdə, cari hesab profisiti ÜDM-nin 5.5%-inə enəcək, büdcədə isə təqribən ÜDM-nin 6%-i səviyyəsində kəsir yaranacaqdır. Neftin qiyməti daha aşağı enərsə və ya bank sisteminin devalvasiyadan sonra yaşadığı stres gözləniləndən daha geniş olarsa, ÜDM-nin kəskin və ehtimal ki, davamlı enişinin qarşısını almaq mümkün olmayacaqdır”, o bildirib.

BVF missiyası hökumətin büdcə xərclərini neft qiymətinin daha aşağı olduğu yeni reallığa uyğunlaşdırmaq planını dəstəkləyir.

2016-cı ilin büdcəsini neftin bir barelinə $50 qiyməti əsasında təqdim etmək planları neft fondu vəsaitlərindən istifadəni məhdudlaşdırmağa, devalvasiyadan sonrakı dövrdə inflyasiya təzyiqləri riskini azaltmağa kömək edəcək.

“2015-ci ilin təsdiq olunmuş büdcəsinin daha aşağı səviyydə icrasının nəzərdə tutulması və parlamentə 2016-cı ilin büdcəsini neftin bir barelinə $50 qiyməti əsasında təqdim etmək planları neft fondu vəsaitlərindən istifadəni məhdudlaşdırmağa, devalvasiyadan sonrakı dövrdə inflyasiya təzyiqləri riskini azaltmağa kömək edəcək, eləcə də dövlət investisiya xərclərini daha davamlı səviyyəyə endirəcəkdir ki, bu, potensialın məhdud olduğu mövcud şəraitə və hazırda daha da çox diqqət yetirilən layihələrin səmərəliliyi məsələsinə uyğundur. Bu yaxınlarda Dünya Bankı ilə birgə başa çatdırılan dövlət xərcləri və maliyyə hesabatlılığı qiymətləndirməsinin tövsiyələrinin icrası, habelə BVF-in son texniki yardımı zamanı verilən tövsiyələrə uyğun pensiya islahatlarını həyata keçirmək üçün 2015-ci ilin payız aylarında qanunvericilik layihəsinin parlamentə təqdim edilməsi orta müddətli fiskal konsolidasiya strategiyasına inam yaradacaqdır”.

Raja Almarzoqi deyib ki, fevralda baş vermiş devalvasiyadan etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta məzənnəsini möhkəm idarə edib, maliyyə sabitliyini dəstəkləmək istiqamətində önləyici tədbirlərlə yanaşı, xalis açıq mövqelər və kreditlərin restrukturizasiyası üzrə qarışıq güzəşt addımlarını tətbiq edir.

Yaxın keçmişdə baş vermiş devalvasiya rəqabətə davamlılığı bərpa etməyə yardım etsə də, pul ehtiyatlarının gələcəkdə tükənməməsini təmin etmək və özəl sektorun milli valyutaya etibarını saxlamaq zərurəti vardır. Bu məqsədlə, BVF-nin işçi heyəti orta müddətli dövrdə tədricən daha çevik valyuta məzənnəsi rejiminə keçidi tövsiyə edir.

“Digər amillərlə yanaşı, əvvəlcədən xəbərdarlıq etmədən yerində yoxlamanı məhdudlaşdıran qaydalar, habelə AMB-i nəzarət etdiyi təsisatın natamam sahibi kimi qəribə bir vəziyyətə salan Azərbaycan Beynəlxalq Bankına verilən subordinasiya kreditləri banklar üzərində nəzarəti çətinləşdirir. Yaxın keçmişdə baş vermiş devalvasiya rəqabətə davamlılığı bərpa etməyə yardım etsə də, pul ehtiyatlarının gələcəkdə tükənməməsini təmin etmək və özəl sektorun milli valyutaya etibarını saxlamaq zərurəti vardır. Bu məqsədlə, BVF-nin işçi heyəti orta müddətli dövrdə tədricən daha çevik valyuta məzənnəsi rejiminə keçidi tövsiyə edir. BVF xarici valyuta (“foreks”) bazarının inkişafı üzrə rəsmi qurumların səyləri, həmçinin Mərkəzi Bankda son olaraq inflyasiya dərəcəsinin hədəflənməsinə keçid üçün şərait yaradan bacarıqların təmin edilməsi baxımından dəstək göstərməyə hazırdır”.

O hesab edir ki, bu baxımdan maliyyə sektorunun qiymətləndirilməsi proqramı (“FSAP”) çərçivəsində tövsiyələrə uyğun olaraq normativ-hüquqi bazanın gücləndirilməsi və nəzarət səviyyəsinin müvafiq qaydada artırılması maliyyə stabilliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edir.

“Hazırda xalis açıq mövqelərə qarşı və kapital tələbi ilə bağlı qəti tədbirlərdən çəkinmə halına mümkün qədər tez son qoyulmalıdır.

“Hazırda xalis açıq mövqelərə qarşı və kapital tələbi ilə bağlı qəti tədbirlərdən çəkinmə halına mümkün qədər tez son qoyulmalıdır. Digər prioritetlər nəzarətin və banklarla bağlı qərarlaşma praktikasının səlisləşdirilməsinə şərait yaratmaq məqsədilə qanunvericiliyə dəyişikliklərin və risklərin daha təkmil qaydada monitorinq edilməsindən, həmçinin Azərbaycan Beynəlxalq Bankının həcminin kiçildilməsi və müfaviq qaydada şəffaf formada özəlləşdirilməsinə yol açmaq məqsədilə bankın beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərə uyğun restrukturizasiya edilməsindən ibarətdir”.

Onun fikrincə, xarici mühitdə yaşanan çətinliklər nəticəsində hökumətin aparıcı qüvvəsi özəl sektor olan iqtisadi şaxələnmə məqsədinə doğru irəliləyişi sürətləndirmək zərurəti daha da aktuallaşıb.

“Özəl sərmayə fiskal konsolidasiya nəticəsində yaranan qısamüddətli mənfi təsirləri yumşaltmağa yardım edə bilər, lakin bu,

İdarəçiliyin təkmilləşdirilməsi, işgüzar fəaliyyətin aparılması xərclərinin azaldılması, həmçinin rəqabət qarşısındakı əngəllərin və olduqca baha başa gələn gömrük prosedurlarının aradan qaldırılması istiqamətində islahatların aparılmasını tələb edəcəkdir.

Missiya hesab edir ki, hökumətin effektivliyini artırmaq, korrupsiyaya qarşı tədbirləri genişləndirmək, qanunun aliliyini və məhkəmə sisteminin müstəqilliyini möhkəmləndirmək üçün əlavə səylərə ehtiyac var.

“Missiya fiskal və xarici sektor statistikasının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində cari addımları alqışlayır. Büdcə təsnifatının möhkəmləndirilməsi və beynəlxalq investisiya mövqeyinin (“IIP”) açıqlanması siyasəti formalaşdıran şəxslərə və investorlara məlumata daha çox söykənən qərar vermək imkanını yaradar”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG