Accessibility links

İsrailin Qəzzaya hava zərbələri altı gündür davam edir


İsrailin Qəzza Zolağında yaraqlıların raket hücumlarının qarşısını almaq üçün həyata keçirdiyi cavab hücumları altıncı gününə daxil olub. Fələstinli tibb işçiləri bu gün İsrail təyyarələrinin hava zərbələri nəticəsində təxminən 19 nəfərin həlak olduğunu deyir.

Tibb işçiləri İsrail ötən çərşənbə gün hücuma başladıqdan bəri 96 fələstinlinin həlak olduğunu deyib. Fələstinlilərin raket hücumları nəticəsində isə üç İsrail vətəndaşı həlak olub.

İsrail hərbi qüvvələri bütün gecəni İslamçı Həmas qrupunun bir neçə polis baş qərargahı, yeraltı raket-atma mövqeləri və yaraqlılar tərəfindən istifadə edilən gizli tunellər də daxil olmaqla Qəzza zolağında 80 hədəfi vurduğunu deyib.

Hərbçilərin sözlərinə görə bazar-ertəsi Qəzza Zolağından İsrailə bir neçə raket atılıb və hücumlar başlanandan bəri Dəmir Gümbəz adlı mobil raketdən müdafiə sistemi 300-dən çox raketi zərərsizləşdirib.
XS
SM
MD
LG