Accessibility links

Pakistanda raket hücumu azı 10 militantın ölümü ilə nəticələndi


Pakistanda raket hücumu azı 10 militantın ölümü ilə nəticələndi
Pakistanda raket hücumu azı 10 militantın ölümü ilə nəticələndi

Rəsmilər deyiblər ki, bu gün pilotsuz idarə edilən təyyarə Vəziristanın cənubundakı Vana yaxınlığında yerləşən bazaya iki raket buraxıb

Pakistanın təhlükəsizlik rəsmiləri bildirir ki, ehtimala görə ABŞ-ın raket hücumu ölkənin şimal-qərbində əl-Qaidə fəalı da daxil olmaqla, azı 10 militantın ölümü ilə nəticələnib. Rəsmilər deyiblər ki, bu gün pilotsuz idarə edilən təyyarə Vəziristanın cənubundakı Vana yaxınlığında yerləşən bazaya iki raket buraxıb. Deyilənə görə, ölənlər arasında xarici döyüşçülər də olub. Bu, Pakistan qoşunlarının Taliban və əl-Qaidə ilə əlaqəsi olan militantlarla döyüşdükləri Cənubi Vəziristanda qeydə alınmış ilk raket hücümüdur. Raketlərin əksəriyyəti Şimali Vaziristana atılıb. ABŞ prezidenti Barak Obama əl-Qaidə və Talibanın Əfqanıstanla sərhəddə Pakistan ərazisində sığıncaqlarını hədəfə almaq məqsədi ilə pilotsuz idarə edilən təyyarələrdən istifadəni artırıb. Pakistan hökuməti hücumlara görə öz narazılığını bildirərək, bunun ölkənin suverenliyinin pozulması olduğunu deyib.

XS
SM
MD
LG