Accessibility links

NATO rəsmiləri bu gün səhər əfqan yaraqlıların ABŞ hərbi hava bazasına raket atdığını deyib. Hücum zamanı Amerikanın yüksək rütbəli rəsmilərinin istifadə etdikləri təyyarə zədələnib.

ABŞ baş qərargahının sədri general Martin Dempsi hücum zamanı təyyarədə olmayıb. Bir qədər sonra o, bazanı tərk etmək üçün başqa təyyarədən istifadə edib. Hücumda iki nəfər yüngül yaralanıb.

Baqram hərbi hava bazasında atışmalar ara-sıra baş verir. Lakin Taliban yaraqlıları nadır hallarda Kabilin şərqindəki bu bazaya ciddi zədə yetirə bilir.

NATO sözcüsü deyib ki, hücum Dempsi və onun qərargah işçilərinin həyatına ciddi təhlükə törətməyib. Dempsi ölkəyə bazar ertəsi NATO və əfqan komandirlərilə son vaxtlarda əfqan əsgərlərin beynəlxalq hərbi qulluqçuları öldürmələri hallarını araşdırmaq üçün gəlib.
XS
SM
MD
LG