Accessibility links

Azərbaycan S-300 "Favorit" zenit raket kompleksləri hərbi hissəsində təlim keçirib


S-300 "Favorit" zenit raket kompleksləri hərbi hissəsində təlim

S-300 "Favorit" zenit raket kompleksləri hərbi hissəsində təlim

Təlimin məqsədi döyüş tapşırığının yerinə yetirilməsi olub

2014-cü ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının S-300 "Favorit" zenit raket kompleksləri hərbi hissəsində təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə təlimin əsas məqsədi şəxsi heyətin təlim üzrə olan döyüş tapşırığını düzgün yerinə yetirilməsini müəyyən etmək olub.

Təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən hədəfləri haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb. Hədəflər haqqında məlumat dvizionlara ötürülərək hədəflər izlənməyə götürülüb.
Hədəflər vaxtında aşkarlanaraq S-300 zenit raket komplekslərinin şərti atəş ilə şərti düşmən məhv edilib.
XS
SM
MD
LG