Accessibility links

Hava Hücumundan Müdafiə Qoşunları təlim keçirib


Hava Hücumundan Müdafiə Qoşunlarının təlimi

Hava Hücumundan Müdafiə Qoşunlarının təlimi

Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri keçirilib.

Təlim çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri təlim çərçivəsində hazırlıq vəziyyətinə gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimdə döyüş şəraitinə maksimal yaxın vəziyyətdə qəfil həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin döyüş qabiliyyəti, praktiki bacarığı, eləcə də döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb.

Təlim mərkəzində Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi "Osa" 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Mətbuat xidməti bildirir ki, şəxsi heyət hava məkanını pozan şərti düşməni aşkarlayaraq izlənməyə götürüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

XS
SM
MD
LG