Accessibility links

Rusiya raketləri Xəzər üzərindən uçan bəzi mülki aviasiya şirkətlərini qorxudub


Xəzər dənizi
Xəzər dənizi

Honkonqun aparıcı aviaşirkəti olan Cathay Pacific İran və Xəzər dənizi üzərindən uçuşları dayandırıb. Şirkət rəhbərliyi Rusiyanın Suriyadakı hədəflərə raket zərbələrinin bölgədə sərnişin təyyarələri üçün təhlükə təşkil edə biləcəyindən ehtiyatlanır.

Cathay Pacific Avropa Aviasiya Təhlükəsizliyi Agentliyindən (EASA) və Beynəlxalq Mülki Aviasiya Təşkilatından (İCAO) müvafiq xəbərdarlıq alıb, xəbəri Channel NewsAsia AFP-yə istinadla yayıb.

“Regiondakı vəziyyətlə əlaqədar Cathay Pacific ötən cümə axşamından etibarən növbəti bildirişi alana qədər İran və Xəzər dənizi üzərindən bütün uçuşları dayandırıb”, deyə şirkətin bəyanatında bildirilir.

Bir müddət əvvəl Honkonq aviaşirkəti artıq İraq, Əfqanıstan, Ukrayna və Suriya ərazilərindən keçməmək üçün bir sıra marşrutları dəyişdirib.

Ötən həftə EASA Suriya istiqamətində buraxılan raketlərin İran və İraq ərazisindən keçdiyi, kommersiya aviaşirkətlərinin reyslərini həyata keçirən mülki təyyarələrin marşrutlarından daha aşağıdan keçdiyi haqqında məlumat yayıb.

Bundan əvvəl, çərşənbə günü Avstraliyanın Qantas şirkəti də bildirib ki, Xəzər üzərindən uçuşları dayandırmağı qərara alıb.

Öz növbəsində, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası bildirib ki, Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur.

"Azərbaycanın hava məkanının sahəsi Xəzər dənizinin hissəsi də daxil olmaqla 168 min kvadrat kilometr təşkil edir. Hazırda Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur", Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının bəyanatında deyilir.

Hər gün Azərbaycan hava məkanı ilə təxminən 400-450 uçuş (o cümlədən tranzit uçuşlar) həyata keçirilir. Onların arasında da "Qatar Airways", "Turkish Airlines", "Lufthansa", "Air France", "British Airways", "Singapore Airlines" və digər dünya şirkətlərinin hava gəmiləri var.

“Uçuşlar bütün təhlükəsizlik tədbirləri və normalarına riayət olunmaqla, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyələrinə uyğun həyata keçirilir”, sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG