Accessibility links

Real Vocal String Quarter musiqi qrupu Azərbaycana gəlir


Real Vocal String Quarter musiqi qrupu
Real Vocal String Quarter musiqi qrupu

Tanınmış musiqi qrupu Bakı, Qusar və Xaçmaz şəhərlərində konsert verəcək

Amerikanın Bakıdakı səfirliyi ABŞ “Real Vocal String Quartet” musiqi qrupunun 18 - 24 noyabrda Azərbaycana səfərini təşkil edir.

Kaliforniya ştatının San Fransisko şəhərindən olan “Real Vocal String Quartet” musiqi qrupu klassik, simli kvarteti özünəməxsus Amerika formasında canlandıran və bu gün dünyada səsli və simli musiqi ifalarının birləşməsindən ibarət olan mahnıları ifa edən yeganə kvartetdir. Qrupun hər bir üzvü ifa zamanı oxuyur, mahnını mövzuya uyğunlaşdırır və improvizə edir.

Qrupun son dərəcə geniş repertuarı caz və rok, eləcə də Qərbi Afrika musiqisi və bluqras adlı folklor mahnılarını əhatə edir.

“Real Vocal String Quartet” qrupu Şimali Amerikada bir çox konsertlər verib, o cümlədən “Tonight Show” tok-şousunun aparıcısı Cey Leno və “Qremmi” mükafatçısı kanadalı musiqiçi Feist ilə birlikdə səhnəni paylaşır.

“Real Vocal String Quartet” qrupu, dünyanın bir çox yerlərində musiqi vasitəsilə qarşılıqlı anlaşmanın daha da gücləndirilməsinə xidmət etmək məqsədilə aparıcı amerikalı musiqiçilərin çıxışlarını təşkil edən ABŞ Dövlət Departamentinin “Amerika Musiqisi Xaricdə” adlı proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcək.

Azərbaycanda olduqları müddətdə qrup üzvləri Bakı şəhərində, Qusar və Xaçmaz rayonlarında səfərdə olacaq və burada seminarlar, cem-sessiyalar, ictimaiyyət qarşısında konsertlər verəcək.

Qrup üzvləri Azərbaycandan sonra Makedoniya, Bosniya, Latviya və Litvada da konsertlər verəcək.

“Real Vocal String Quartet” qrupunun bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır.
ABŞ Səfirliyi canlı Amerika musiqisi ilə maraqlanan hər bir azərbaycanlını aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət edir:

Qusar Mədəniyyət Evi -19 noyabr, saat 15:30-17:00 (ünvan: M. Rəsulzadə 2, Qusar şəhəri),

Bakı şəhəri, Park Bulvar -20 noyabr, saat 18:00-19:30 (ünvan: Dənizkənarı Bulvar, Neftçilər Pr.),

Xaçmaz Mədəniyyət Evi -23 noyabr, saat 15:00-16:30 (ünvan: M. Rəsulzadə 8, Xaçmaz şəhəri).

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG