Accessibility links

Bakıda "City Challenge" yarışları başlayır [Fotolar]


City Challenge yarışları
City Challenge yarışları

Yarışda Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 avtomobilləri olacaq

Bakıda keçiriləcək "City Challenge" yarışlarında iştirak edəcək avtomobillər sabah nümayiş etdiriləcək. Trend agentliyinə, bu barədə oktyabrın 24-də yarışın Təşkilat Komitəsindən bildirilib.

City Challenge yarışları
City Challenge yarışları
Oktyabrın 25-i GT3 avtomobilləri dənizkənarında hazırlanmış müvəqqəti yarış zolağından bütün yolları keçərək Kempinski Hotel Badamdara sürüləcək. Hoteldə rəsmi press konfrans və təqdimatla paralel yarış avtomobilləri də hotelin qarşısında nümayiş olunacaq və pilotlar avtoqraf üçün tamaşaçıların ixtiyarına veriləcək.

Oktyabrın 26, 27 və 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçiriləcək "City Challenge" yarışlarında Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edəcək.

City Challenge yarışları
City Challenge yarışları
Qeyd edək ki, "City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafında olacaq. Yarışda 10 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edəcək. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunacaq.

Bakıdan əvvəl "City Challenge" avtomobil yarışı Budapeşt və Buxarestdə keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG