Accessibility links

Cihadçılar Ramazan ayındakı hücumlarını daha “möhtəşəm” sayır


Avropa ölkələri müsəlmanların Allaha yaxınlaşma, itaət və xeyirxahlıq ayı olan Ramazan ayında terror hücumlarının daha çox olacağından ehtiyat edir. Keçən həftənin cümə günüdən bəri üç qitədə 60 nəfərdən çox insan qətlə yetirilib, yüzlərlə insan yaralanıb.

Adətən Ramazan ayında cihadçılar terror hücumlarını artırır və onlar bu il də həyata keçirəcəkləri hücumların siyahısını hazırlayıb. Birləşmiş Ştatların o zamankı müdafiə naziri Donald Ramsfeldə 2001-ci ildə ABŞ-ın başçılığı ilə Əfqanıstandakı koalisiya qüvvələrinin müqəddəs Ramazan ayında əməliyyatları dayandırlb-daynadırmayacağı ilə bağlı sual veriləndə, o demişdi: “Taliban və Əl-Qaidənin bu müqəddəs ayda hücumları dayandırcağına oxşamır.”

İslam Dövləti qrupu üçün də bu il Ramazan ayı fərqli olmadı. Qrup Küveytdə şiə məscidində onlarla insanın ölümü və yüzlərlə insanın yaralanması ilə, keçən həftənin cümə günü isə Tunisdə iki mehmanxanada çoxu qərbli turist olmaqla, 37 nəfərin ölümü ilə nəticələnmiş hücumlara görə məsuliyyəti öz üzərinə götürdü.

“Heç bir ölkə təhlükədən kənarda deyil. Biz daha həssas yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirmişik” - deyə, İtaliyanın daxili işlər naziri Ancelino Alfano mətbuat üçün verdiyi bəyanatda bildirib.

İtaliyanın anti-terror məsələləri üzrə təhqiqatçıları çihadçı şəbəkəsinin Vatikan da daxil olmaqla, Romada terror hücumları həyata keçirilməsini planlaşdırdığından şübhələnir.

Bu ilin fevral ayında ektremistlər Liviyanın Aralıq dənizi sahilində yerləşən Sirte şəhərində 21 qibti xristianın başlarının kəsildiyi video nümayiş etdirib. O videoda yaraqlı “ Allahın izni ilə biz Romaya da çatacağıq” sözlərini deyirdi.

Təhlilçilərin sözlərinə görə, cihadçılar Ramazan ayında daha “möhtəşəm” hücumlar həyata keçirməyi əməliyyat baxımından üstün sayır. Adətən belə hücumlar arasında bir neçə saat fərq olur.

Suriya və İraqda xilafət elan edən İslam Dövləti qrupu son həftələr Türkiyə ilə sərhəddə Suriyanın mühüm şəhərinin, mühüm hərbi bazanın və İŞİD-in defakto paytaxtı hesab edilən Raqqanın 50 km-liyindəki bir neçə kəndin nəzarətini əldən verdi.

Bu itkilərə qrupun cavabı Şimali Afrika, Avropa və Körfəzdə hücumlardan əvvəl Suriyanın özündə daha şiddətli oldu. Təhlilçilər bunun əsas səbəbini döyüşçülərdə ruh yüksəkliyinin gücləndirilməsi səyləri ilə izah edir. İslam Dövləti qrupuun əleyhdarı olan fəalların dediklərinə gərə, döyüşçülər arasında ruh yüksəkliyinin azaldığına aydın işarələr var.

“İslam Dövləti qrupunun suriyalı döyüşçüləri bu itkiləri daha ağır keçirir”-deyə, Əmir Salama adlı fəal bildirir. Onun sözlərinə əsasən, İslam Dövləti qrupunun sıralarında döyüşən xarici döyüşçülərin sayı azalır və əgər qrup Suriyada dağılsa, onlar İraqda ön cəbhəyəkeçməyə hazır olacaq.

İslamçı ekstremistlər keçən həftənin ortalarında Türkiyə ilə sərhəddə yerləşən kürd şəhəri Kobaniyə hücumları intensivləşdirib. Müharibənin dəhşətlərini yaşamış bu şəhər İslam Dövləti qrupu tərəfindən bir ay mühasirədə saxlandıqdan sonra bu il yanvar ayında azad edilmişdi.

Bir il bundan əvvəl Ramazan ayının ilk günü Əbu Bəki Əl-Bağdadi İraq və Suriyada xilafətin yaradıldığını elan etdi. Qərbin təhlükəsizlik rəsmiləri deyirlər ki, hücumçular arasında əgər həqiqətən də əlaqə varsa, koordinasiya səviyyəsi və hücumların İslam Dövləti qrupu tərəfindən planlaşdırılıb-planlaşdırılmadığı aydın deyil. Lakin müstəqil təhlilçilər aralarında bir neçə saat fərqlə baş vermiş son üç hücumun təsadüf olmadığını deyirlər.

Tunisin təhlükəsizlik rəsmiləri isə hücumlarda yerli cihadçı qruplardan hansının əli olduğunu müəyyən etməyə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG