Accessibility links

İslam Dövlətinin nəzarətində olan Ramadi uğrunda döyüşlər aparılır


İraq qüvvələri İslam Dövlətinin nəzarətində olan Ramadi uğrunda döyüşlər aparır. Şəhər 7 ay əvvəl islamçıların əlinə keçib.

Ənbar vilayətinin paytaxtı Ramadidə hökumət binaları yaxınlığında döyüşlər 3-cü gündür davam edir.

İraq ordusunun rəsmiləri İŞİD yaraqlılarının intiharçılar, snayperlər, tələlər və mülki əhalidən qalxan kimi istifadə etdiyini bildirir.

Ramadinin mərkəzinə 100-dən artıq ekstremist yerləşdirilib.

Hökumət qüvvələri şəhərin tam nəzarətinin bir neçə günə ələ keçiriləcəyini bildirib.

Koalisiya qüvvvələrinin döyüş təyyarələri şəhərə qarşı son həftələr ərzində yüzlərlə hücum həyata keçirib. İslam Dövləti yaraqlılarının gizlənməyə yeri olmadığı deyilir.

Ötən may ayında Ramadinin yaraqlıların əlinə keçməsi İraq hökuməti və ordusu üçün böyük itki olmuşdu.

Bağdaddan 100 km-lik məsafədə yerləşən bu şəhər uğrunda döyüşlərə aylardır ara verilmir.

XS
SM
MD
LG