Accessibility links

Fələstinlilər iqtisadi problemlərə görə İsraili günahlandırır [Video]


Ramallah qaçqınları
please wait

No media source currently available

0:00 0:03:57 0:00

Ramallah qaçqınları

Ramallah qaçqınları
please wait

No media source currently available

0:00 0:03:57 0:00
İordan çayının Qərb sahilində yerləşən Ramallah şəhərinin sakinləri Fələstin əraziləri üçün nəzərdə tutulmuş xarici yardımın kəsilməsinə görə iqtisadi tənəzzülün nəticələri ilə qarşılaşır. Fələstinlilər iqtisadi durumla əlaqədar problemlərlə görə Fələstin idarəsini və İsraili günahlandırır.

Ramallah sakinləri İsrail işğalı altında yaşamağa alışıblar. Şəhərdə bir zamanlar iqtisadi inkişaf müşahidə olunurdu. Lakin regionda iqtisadi problemlər artdıqca İordan çayının Qərb sahilində yaşayan insanlar buna görə Fələstin liderlərinin məsuliyyət daşıdığını deyir.

Ramallahdakı Amari qaçqın düşərgəsində yeddi min adam var. Onların ailələri buraya 1948-ci ildə İsrail dövləti yaranan vaxt gəliblər.

Bu ərazi büdcəsi əsas etibarilə xarici yardımdan asılı olan Fələstin idarəsinin nəzarəti altındadır.

Qlobal iqtisadiyyat tənəzzül etdikcə xarici yardımın həcmi da hər il bir milyard dollar azalır. İdarə öz işçilərinə maaşları vaxtında verə bilmir.

Umeyr ailəsi üç nəsli təmsil edən iki ailədən ibarətdir. Məktəb müəəlimi olan Nur Umeyr aylardır maaş almır. Nur Umeyr:”Fələstin muxtariyyəti idarə etmək iqtidarında deyil.”

Onun həyat yoldaşı Nəzir xarratdır. O, bir ilə yaxındır işləmir, çünki adamların onun işlərini almağa pulu yoxdur. Bununla belə o, məsələlərə praqmatik yanaşır. Nəzir Umeyr:”Biz İsraillə yaxşı qonşu olmalıyıq. Bundan sonra ticarət üçün sərhədləri aça bilərik.”

Lakin Ramallahın bir çox sakini inanır ki, İsrailin İordan çayının Qərb sahilində yaşayış məntəqələri inşa etməsi sülh danışıqlarını imkansız edir. Nəzir Umeyr:”İsraillilər maneələr yaradır, çünki onlar qaçqınlar məsələsi ətrafında müzakirələrə razı deyil. Yaşayış məntəqələrinin inşası başlayandan danışıqlar dalana dirənib. Yaşayış məntəqələri sülh qarşısında əsas maneədir.”

Fələstinlərin danışıqlarda baş vasitəçisi Saeb Erekat deyib ki, regionu çətinliklərdən yalnız Fələstinin müstəqilliyi çıxara bilər. Saib Erekat:”Biz buna nail olmalıyıq. Dünyanın çox ölkəsi bizimlə bir dayanıb.”

Lakin bunun İordan çayının Qərb sahilində vəziyyətə necə təsir göstərəcəyi aydın deyil. Biznes idarələrinin işi İsrailin yoxlamaları və ticarətə qoyduğu məhdudiyyətlərə görə dayanır.

Keçmiş Milli İqtisadiyyat naziri Mazen Sinokrot deyir ki, işsizliyin 25 faiz həddində olması əsas təhlükədir. Mazen Sinokrot: ”Fələstinlilərin çoxu iş tapa bilmədiklərinə görə stress yaşayır. Növbəti səkkiz ildə biz bir milyon yeni iş yeri açmalıyıq. Bu, beynəlxalq ictimaiyyət də daxil olmaqla hamı üçün çox böyük bir məsuliyyət və sınaqdır.”

Regionda yoxsulluq səviyyəsi artır. Bu, belə davam etsə, azyaşlı uşaqların Qərb sahilində gələcəyi olmayacaq. BMT İordan çayının Qərb sahilində yerləşən qaçqın düşərgələrində ərzaq baxımından vəziyyətin ağır olduğunu bildirib.

Umeyrlər kimi başqa ailələr əsasən dostların yardımından asılıdır. Bu da onlardan narahatlıq yaradır. Nur Umeyr:”Mən uşaqlarım üçün yaxşı gələcək, yaxşı perpsktivlər istəyirəm, xaricdən kömək olmur.”

Bu vəziyyət belə görünür hələ davam edəcək. İsrail Fələstin dövlətinin BMT tərəfindən tanınması səylərinin davam etdirildiyi təqdirdə, Fələstin idarəsinə olan vergi börclarının kəsilə bilməsilə hədələyir. Bu isə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilərin vəziyyətinin daha da pisləşməsinə gətirib çıxara bilər.
XS
SM
MD
LG