Accessibility links

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə bağlı fətva verib


Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi

Mayın 24-ü Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvası yayılıb.

Fətvada bildirilir ki, Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, Ramazan ayının 1-i miladi təqvimlə mayın 27-nə təsadüf edəcək.

"Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, gündəlik duaları və bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Digər mənbələrdən daxil olmuş, təxribat, təfriqə xarakterli, məzhəb, vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərdən din xadimləri və dindarların istifadəsi yolverilməzdir", –deyə açıqlamada vurğulanır.

Fətvada Ramazan bayramının tarixi də göstərilib:

"Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcəkdir".

İslam dininə görə, oruc tutan insanlar iftara qədər yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG