Accessibility links

Azərbaycanda Ramazan bayramı qeyd edilir


Azərbaycanda Ramazan bayramı qeyd edilir

Azərbaycanda Ramazan bayramı qeyd edilir

Bayram iyulun 7-dək davam edəcək

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Bayram namazı saat 9-da qılınıb.

Təzəpir məscidində bayram namazına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də qatılıb.

Bayram iyulun 7-dək davam edəcək.

QMİ-nin Qazılar Şurasının fətvası ilə Azərbaycanda Ramazan ayı iyunun 7-də başlayıb.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Oruc tutan insanlar iftara qədər yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

İslam inancına görə, Qurani-Kərim Ramazan ayında nazil olub.

XS
SM
MD
LG