Accessibility links

Prezident Əliyev Azərbaycan xalqını təbrik edib


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir ki, bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın multikultural və tolerant prinsiplərə necə yüksək qiymət verməsini nümayiş etdirir.

“Bu gün biz dünyaya bir daha qəlbimizdəki milli dəyərlərə sadiq olduğumuz qədər bəşəri dəyərləri də yaşatdığımızı bəyan edirik. Dini, milli rəngarəngliyimizi mənəvi bütövlüyümüzün zənginliyi kimi qəbul edirik. Elə buna görə də bu əziz gün münasibətilə hər bir vətəndaşımıza, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq və xoşbəxtlik, süfrələrinizə xeyir və bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!"

Azərbaycan xalqı iyulun 17-18-də Ramazan bayramını qeyd edəcək. Ramazan bayramı ölkədə iş günü deyil.

XS
SM
MD
LG