Accessibility links

Barak Obama Azərbaycan prezidentinə Ramazan təbriki göndərib


Prezidentlər İlham Əliyev və Brak Obama
Prezidentlər İlham Əliyev və Brak Obama

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi Ramazan bayramı münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel ilə mənim Sizə və xalqınıza yetirdiyimiz ən xoş arzulara Amerika xalqı da qoşulur.

Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən bizim güclü və fəal Amerika müsəlman icması mənəvi yenilənmə və ibadətlə Allaha daha yaxın olmağa can atmışlar. Ramazan ayı əzizlərlə bir yerdə olmaq, ehtiyacı olanlara yardım əli uzatmaq, habelə imanla gələn kamillik və əmin-amanlıq barədə düşünmək imkanı olmuşdur. Bu, həmçinin oruc və duaların bölüşdüyümüz dəyərləri və insanlığımızı bizə xatırlatdığı bir ay olmuşdur.

Qoy, qarşıdan gələn il Sizə sevinc, inkişaf və firavanlıq gətirsin.

Ramazan bayramınız mübarək!”, təbrikdə deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG