Accessibility links

Mahmud Abbas baş nazirin istefasını qəbul edib


Fələstin prezidenti Mahmud Abbas baş nazir vəzifəsinə yenicə təyin edilən Rami Həmdallahın istefasını qəbul edib. Prezident ondan yeni baş nazir təyin edilənədək vəzifəsində qalmasını xahiş edib.

Həmdallah müavinləri ilə aralarındakı mübahisələrə görə ötən həftə istefa verib.
Rami Həmdallah Fələstinlilərin Nazirlər Kabinetinə cəmi iki həftə rəhbərlik edib.

Mahmud Abbasın Fətah partiyasının üzvü Həmdallah Fələstinin Səhm Birjasının rəhbəri və Mərkəzi Seçki Komissiyasının sədri olub.
XS
SM
MD
LG