Accessibility links

Ramil Usubov Aslan İsmayılovu qəbul edib


Aslan İsmayılov: Mülkiyyət məhkəmə qərarı olmadan da vətəndaşın əlindən alınır (Audio)

Aslan İsmayılov: Mülkiyyət məhkəmə qərarı olmadan da vətəndaşın əlindən alınır (Audio)

Bu gün Daxili İşlər Naziri Ramil Usubov tanınmış vəkil Aslan ismayılovu qəbul edib. Bu barədə A.İsmayılov öz Facebook səhifəsində məlumat verib. "Bir saatdan artıq sürən görüş zamanı mənə çox hörmətlə yanaşıldı, söylədiklərim təmkinlə dinlənildi. Söhbətdən anladığım o oldu ki, dediklərimi sübuta yetirə bilmədiklərindən heç kimə qarşı tədbir görülməyəcək. Atacağım addımların məsuliyyətini dərk edirəm. Görüşdə dediklərimi bir daha təkrar edirəm. Mənə qarşı cinayət törədənlər, Rəşad Ramazanovun cibinə narkotik qoyanlar cəzalandırmayınca mübarizəmdən əl çəkən deyiləm. Bu yolda mənə qarşı atılacaq hər bir qanunsuzluğa hazıram. Bu günə qədər mənə qarşı olan qanunsuzluqlarla bağlı DİN-nin Daxili təhqiqatlar İdarəsinin rəisi Rasim Musayev, Daxili İşlər Nazirinin birinci müavini Vilayət Eyvazov və nəhayət bu gün Daxili işlər Naziri Ramil Usubov heç olmasa məni qəbul edib hörmətlə dinləyiblər. Görəsən bu işin araşdırılmasına qanunla birbaşa cavabdeh olan, vaxtı ilə özümün də 4 il çalışdığım Respublika prokurorluğuna başçılıq edən, məni şəxsən tanıyan ölkənin Baş Prokuroru Zakir Qaralov və onun tabeçiliyində olanlar niyə susurlar? Bu addımın başqa hallarını sadalamıram, heç olmasa qanuna hörmətsizlik olduğunu anlayırlarmı?"
XS
SM
MD
LG