Accessibility links

Hüseyn İsalı: Urmiyə gölünün quruması insan əməlidir [Video]


Hüseyn İsalı: İran hökuməti Urmiyə gölünü xilas etmək istəmir
please wait

No media source currently available

0:00 0:17:58 0:00
Su hövzələri üzrə ekspert, əslən güneyli Hüseyn İsalı Amerikanın Səsinə müsahibədə Urmiyə gölünün taleyi barədə danışıb. Ətraf mühit sahəsində ixtisaslaşan cənab İsalının dediyinə görə Urmiyə gölünün quruması təbii fəlakət yox, insan əməlinin nəticəsində törədilən bir fəlakətdir. Və bu fəlakətin fəsadları vaxt keçdikcə özünü həyatın bütün sferalarında büruzə verməyə başlayacaq.

Hüseyn İsalı bildirir ki, Urmiyə gölünün qurumasının əsas səbəbi yararsız idarəçilikdən qaynaqlanır. Belə ki, göl hövzənin ən çuxur nöqtəsində yerləşdiyinə görə onun su tutumu ətrafdan axan çaylar vasitəsilə təchiz olunur. Lakin axar suların üzərinə qoyulan saysız-hesabsız su bəndləri Urmiyə gölünə axan suların qarşısını alır.

Hüseyn İsalının sözlərinə görə ötən 30 ildə Urmiyə gölü ətrafındakı əkin sahələri 300,000 hektardan 680,000 hektara yüksəlib. Əkin sahələrinin ikiqat artması isə o deməkdir ki, bu sahələrə olan su təlabatı ikiqat artıb. Nəzarətsiz idarəçilik Urmiyə gölünə axan suyun bu sahələrə istiqamətlənməsinə rəvac verib.

Cənab İsalı bildirir ki, Urmiyə gölünün quruması nəhəng fəsadlarla müşayiət olunacaq. Suyun quruması 10 milyard ton duzun açıqda qalmasına şərait yaradacaq. Göl dağlıq ərazidə yerləşdiyindən, küləklərin bu duz dənəciklərini 500 kilometr məsafəyədək nəql edə bilərlər. Tibbi baxımdan insanların tənəffüs sistemində problemlər yaradacaq.

Əvvəllər Urmiyə gölünün nemətlərinə hesab aparan çox sayda adamlar yurdlarını tərk etməyə məcbur olacaq. İş yerlərini itirən insanlar ölkənin başqa guşələrinə üz tutmalı olacaqlar ki, bu da İran Azərbaycanının demoqrafiyasına ciddi təsir göstərəcək, deyə cənab İsalı bildirir.
XS
SM
MD
LG