Accessibility links

Azərbaycan Prezident Administrasiyasının rəhbəri ABŞ-ı ittiham edib


Ramiz Mehdiyev
Ramiz Mehdiyev

Ramiz Mehdiyev ABŞ-ı ikili standartlarda və Azərbaycanda prezident seçkilərinə qarşı qərəzli münasibətdə ittiham edib

O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu (ATƏT DTİHB) ABŞ-ın göstərişlərini yerinə yetirməkdə ittiham edib. Mehdiyev sözlərinin təsdiqi kimi seçkilərin bir tərəfdən DTİHB və Dövlət Departamenti digər tərəfdən AŞPA və Avropa Parlamentinin qiymətləndirilməsindəki ziddiyyətləri göstərir.

R.Mehdiyevn fikrincə, avropalı məmur və deputatlar ABŞ-ın təzyiqlərinə məruz qalır.
“Biz avropalı siyasi xadimlərin düşdükləri vəziyyətin çətinliyini anlayırıq.Vaşinqtondakı müəyyən dairələr tərəfindən onlara təzyiqlər edilir. Lakin bu, Azərbaycana münasibətdə tətbiq edilən ikili standartlara haqq qazandırmır. Hesab edirəm ki, bu cür hərəkətlərlə, əsasən Azərbaycandakı seçkilərlə bağlı AŞPA-nın və Avropa Parlamentinin mövqeyinə təzyiq cəhdləri ilə Dövlət Departamentindəki bəzi məmurlar ABŞ və Azərbaycan arasındakı tərəfdaşlığa zərbə vurmaq istəyirlər”, - R.Mehdiyev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.

“Kənardan edilən diqtənin təsiri altında Avropa qurumlarının öz mövqelərini məcburən dəyişməsi təəssüf doğurur. Belə çıxır ki, Azərbaycanla Avropa İttifaqı ölkələri arasında tərəfdaşlıq və əməkdaşlığın səviyyəsi ABŞ Dövlət Departamentindəki müəyyən dairələrin “kapriz”lərindən və bağlılığından asılı olmalıdır. Bu, Vaşinqtondakı ayrı-ayrı məmurların azlığın (ATƏT DTİHB və ABŞ Dövlət Departamenti) fikrini çoxluğa (ATƏT, Avropa Parlamenti və AŞPA) zorla qəbul etdirmək cəhdlərindən əl çəkməməsindən də görünür, baxmayaraq ki, hətta çoxluq Azərbaycanda seçki prosesində müsbət irəliləyişin, azadlıq və şəffaflığın olduğunu yekdilliklə qəbul edir”, - R.Mehdiyev vurğulayıb.

R.Mehdiyevin fikrincə, ABŞ-dakı bəzi dairələr hələ də Azərbaycanı təcrid etmək fikrindən daşınmayıblar.

“Lakin onlar özləri təcrid edilmiş vəziyyətə düşüblər. Və hansısa yolla öz planlarına haqq qazandırmaq üçün Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara təzyiqlər göstərirlər, onları Azərbaycanda seçkilərin nəticələri ilə bağlı müsbət rəylərindən imtina etməyə məcbur edirlər. Lakin başa düşmürlər ki, hətta onların öz əvvəlki rəylərindən imtina etmələri heç nəyi dəyişmir. Dövlət və hökumət başçılarının böyük əksəriyyətinin timsalında dünya ictimaiyyəti prezident İlham Əliyevi 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərində inamlı qələbə ilə təbrik edib”, - R.Mehdiyev bildirib.

R.Mehdiyev Bakının Avropa qurumları ilə əməkdaşlığa hazır olmasından danışıb və Avropanın ünvanına reveranslar edib. Halbuki, bir neçə gün əvvəl hakimiyyətin nəzarətində olan KİV İ.Əliyevi Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirakına yenidən baxmağa çağırıb, “Avronest” PA-da Azərbaycan nümayəndə heyəti isə bu qurumdan çıxdığını bəyan edib.
XS
SM
MD
LG