Accessibility links

Ramiz Nəcəfov: Rumıniyada Amerika-Azərbaycan hərbi təlimi keçiriləcək


Ramiz Nəcəfov: Rumıniyada Amerika-Azərbaycan hərbi təlimi keçiriləcək

Ramiz Nəcəfov: Rumıniyada Amerika-Azərbaycan hərbi təlimi keçiriləcək

Ramiz Nəcəfov: Rumıniyada Amerika-Azərbaycan hərbi təlimi keçiriləcək

Amerika-Azərbaycan əlaqələrinin perspektivi Azərbaycanda heç bir problem doğurmur. Bu barədə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, iyulun 31-də Azərbaycan Müdafiə Nazirliyinin 100 nəfərlik bölüyü Rumıniyada Amerika-Azərbaycan arasında keçiriləcək ikitərəfli təlimə cəlb olunacaq. “Azərbaycan hərbiçiləri təlimə öz ekipajı, silahları, sursatı, avadanlığı və təyyarəsi ilə qatılacaq. Amerika da eyni sayda hərbçi ilə təlimlərə qatılacaq. Orada sülhməramlı əməliyyatların təşkil olunması, planlaşdırılması və həyata keçirilməsi üzrə təcrübə mübadiləsi aparılacaq. Təlim iki həftə davam edəcək. Bu, ikitərəfli əməkdaşlıq üzrə il ərzində ən böyük təlimdir.

General bildirib ki, əgər Azərbaycan “Regional cavab” təlimlərini hansısa səbəblərə görə təxirə salıbsa, onun əvəzində bu təlimlər həyata keçirilir. “Amerika-Azərbaycana hərbi əməkdaşlığı bundan sonra da davam edəcək. Burada hər hansı problem yoxdur. Bu ilin aprelində Azərbaycan və Amerika Müdafiə Nazirliyi arasında keçirilmiş planlaşdırma konfransında 2011-ci ilin sentyabrından başlayaraq 2012-ci il ərzində 50-dən artıq tədbirlərin keçirilməsi barədə qərar qəbul edilib. Bura işçi səfərləri, ekspert görüşləri, konfranslar, seminarlar, təlimlər daxildir”, - o vurğulayıb.
O, “Regional cavab” təlimlərinin keçirilməsinin mümkünlüyü ilə bağlı sualın cavabında bildirib ki, “biz “Regional cavab” adlı təlimin keçirilməsini artıq kənara qoymuşuq. Amma bu ssenari üzrə başqa təlimlərin keçirilməsi planlaşdırılır. Eyni zamanda, Rumıniyada keçiriləcək təlimlərdən sonra, gələn il Amerika ilə Azərbaycan arasında Amerikanın Avropa komandanlığında, yəni Almaniya ərazisində ikitərəfli təlimin keçirilməsi planlaşdırılıb.
Cənab Nəcəfovun dediyinə görə, Azərbaycanda da təlimlər keçirilir: “Belə böyük miqyasda olmasa da həm quruda, həm də dənizdə təlimlər planlaşdırılır və keçirilir. Qaraheybət təlim mərkəzində müntəzəm olaraq təlimlər keçirilir, - deyə o qeyd edib.

XS
SM
MD
LG