Accessibility links

Həbsdə olan tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı Arif Yunusun qardaşı Azərbaycanda siyasi məhbusların sayının 100-dən artıq olduğunu bildirib. ABŞ-da yaşayan azərbaycanlı hüquq müdafiəçisi Ramiz Yunus Amerikanın Səsinə deyib ki, hökuməti tənqid edən yüzdən çox insan həbs edilib. “Həbsdə 100-dən çox siyasi məhbus var. Bu ölkə Azərbaycan deyil, Absurdistandır”-deyə o bildirib.

Həbsdə 100-dən çox siyasi məhbus var. Bu ölkə Azərbaycan deyil, Absurdistandır.

Amerika vətəndaşı olan Ramiz Yunus bu yaxınlarda prezident Barak Obamaya göndərdiyi məktubda ABŞ liderinin Leyla və Arif Yunusun azad edilməsinə kömək etməsini istəyib. Cənab Yunus məktubda yazıb ki, 60 yaşlarında olan Leyla və Arif Yunus “ölüm həddindədir.” Ramiz Yunus habelə ABŞ-ın enerji maraqlarına görə onun ailəsini qurban verməcəyinə inandığını bildirib.

Beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınan daha tanınmış məhbus AzadlıqRadiosunun müxbiri, araşdırmaçı jurnalist Xədicə İsmayılovadır. Onun Azərbaycanda korrupsiya ilə bağlı apardığı araşdımalarda prezident ailəsinin və ölkə rəsmilərinin adları hallanıb.

Amnesty İnternational bu ay açıqladığı hesabatda neftlə zəngin Azərbaycanda azı 20 nəfər hökuməti tənqid edən siyasi fəal və jurnalistin həbsdə olduğunu bildirib.

Show comments

XS
SM
MD
LG