Accessibility links

Ramiz Mehdiyev: O ki qaldı, ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin açdığı bazara – bu, onların öz problemləridir


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev

Prezident Administrasiyasının rəhbəri rüşvət qalmaqallı videoda adının hallandırılmasına münasibət bildirib

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAc dövlət agentliyi vasitəsi ilə fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə rüşvət qalmaqalı ilə bağlı videoda adının hallandırılmasına münasibət bildirib:

“Bu məsələ ilə bağlı artıq dövlət rəsmiləri tərəfindən qəti formada kifayət qədər münasibət bildirilib. Səsləndirilən fikirlərə yalnız onu əlavə edə bilərəm ki, bəhs olunan görüşdə mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır. Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar.

Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub, lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcəkdir.

İnamla deyə bilərəm ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir.

O ki qaldı, ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin açdığı bazara – bu, onların öz problemləridir. Belə dələduzlar həmişə olub, bu gün də vardır. Onlar uçun ən inandırıcı yol, əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun qarşısında məsuliyyətə cəlb ediliblər. Bundan sonra da kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaqdır”.

Xatırladaq ki, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev prezident Əliyevə müraciət edib. O sosial şəbəkələrdə yaydığı videodan bəhs edərkən yenə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və deputat Gülər Əhmədov barədə aşağıdakıları yazıb:

“Söhbət Mili Məclisin üzvü deputat Əhmədova Gülər Mikayıl qızından gedir. Bu şəxs 2005-ci ilin noyabr ayında Milli Məclisə seçkilər ərəfəsində rəfiqəsi Babayeva Sevinc Telman qızının vasitəsi ilə Prezident Administrasiyasının rəhbəri Mehdiyev Ramiz Ənvər oğluna vermək adı ilə məndən 2.000.000 ABŞ dolları alıb. Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşımın sağ-salamat geri qaytarılacağına söz verib. Lakin o, vədinə əməl etməyib, pulumu geri istədikdə isə məni həbs etdirəcəyi və fiziki cəhətdən məhv etdirəcəyi ilə hədələyib”, - E.Abdullayev bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG