Accessibility links

Ramiz Rzayev yenidən Ali Məhkəmənin sədri təyin edilib


Ali Məhkəmənin sədri Ramiz Rzayev
Ali Məhkəmənin sədri Ramiz Rzayev

Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Rzayev yenidən Azərbaycan Ali Məhkəməsinin sədri təyin edilib.

Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olub.

1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992-1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon Azərbaycan Hərbi Prokuroru vəzifələrində çalışıb. 2000-2005-ci illərdə Baş prokurorun birinci müavini olub. 2005-ci il aprelin 19-dan Ali Məhkəməsinin sədridir.

Hüquqşünas Aslan İsmayılov Ramiz Rzayevin yenidən təyin edilməsini kəskin şəkildə qınayır. O hesab edir ki, bu təyinat bir daha onu göstərir ki, hökumət ölkədə heç nəyi dəyişdirmək fikrində deyil.

“Bir vəzifəyə dəfələrlə eyni adamın təyin olunması bunun bariz göstəricisidir. Bu hökumət təyinat etdikdə qanunun deyil, hökumətin sədaqətlə qulluğunda dayanan adamlara üstünlük verir. Ramiz Rzayev isə hökumətə sadiqliyini dəfələrlə sübut etmiş bir insandır. Hökumət bu sahədə heç bir təcrübə aparmaq istəmir. Artıq bu insan yoxlanılmış bir kadrdır. Bu baxımdan həmin yerə başqa bir insan təyin etməyə ehtiyac yoxdur”, o Facebook səhifəsində qeyd edib.

Azərbaycanda məhkəmələrinin qərarları dəfələrlə beynəlxalq və yerli ictimaiyyətin narazılığı ilə qarşılanıb. Məhkəmələrin onlarla qərarı sifariş kimi qəbul edilib.

Yerli hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda ölkədə 27-dən 100-dək siyasi məhbus var. Amnesty İnternational (Beynəlxalq Əfv) Təşkilatı otuzdan çox insanı “vicdan məhbusu” elan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG