Accessibility links

İran Səudiyyə Ərəbistanını tənqid edib

  • Amerikanın səsi

İran Səudiyyə Ərəbistanını tənqid edib

İran Səudiyyə Ərəbistanını tənqid edib

İran Səudiyə Ərəbistanının Qərb sanksiyalarının İrandan neft ixracını azaltdığı təqdirdə neft istehsalını artıracağı fikrini tənqid edib. Xarici işlər naziri Əli Əkbər Salehi bu gün İranın ərəbdilli əl-Aləm televiziya kanalı ilə yayımlanan müsahibəsində deyib ki, bu, dostluq işarəsi deyil. O, Səudiyyə Neft Naziri Əli əl-Naiminin izahatına cavab olaraq bu sözləri deyib. Neft naziri bildirib ki, Səudiyyə Ərəbistanı dünya boyu fövqəladə vəziyyət yarandığı təqdirdə asanlıqla neft istehsalını günə iki milyon barrel artıra bilər. Bu ayın sonunda Avropa İttifaqında İran neftinin idxalına embarqo qoyulması müzakirə ediləcək. Neft İxracı Ölkələri təşkilatında İran nümayəndələri embarqonun Avropa İttifaqı üçün iqtisadi intihar olacağını deyib.

XS
SM
MD
LG