Accessibility links

İran ABŞ-ın pilotsuz təyyarəsini vurub saldığını bildirib


İran ABŞ-ın pilotsuz təyyarəsini vurub saldığını bildirib

İran ABŞ-ın pilotsuz təyyarəsini vurub saldığını bildirib

İran qanunvericiləri ölkənin İnqilab Qvardiyasının ABŞ-ın pilotsuz təyyarəsini vurub saldığını bildirirlər. Rəsmilər casus təyyarəsinin İranın uran zənginləşdirilən obyektlərindən məlumat topladığını deyirlər.

İranın dövlətə məxsus Gənc Jurnalistlər Klubunun İran Milli Məclisinin deputatı Əli Ağazadə Dəfsariyə istinadən bildridyinə görə, təyyarə hərbi qüvvələr tərəfindən Qum şəhəri yaxınlığında vurulub. Lakin məlumatda təyyarənin İnqilab Qvardiyası tərəfindən vurulduğu barədə heç nə deyilmir. Birləşmiş Ştatlar rəsmiləri də məlumatla bağlı şərh verməyib.

XS
SM
MD
LG