Accessibility links

İran alimlərinin “radiofarm preparatları” istehsal edəcəkləri deyilir


İran alimlərinin “radiofarm preparatları” istehsal edəcəkləri deyilir
İran alimlərinin “radiofarm preparatları” istehsal edəcəkləri deyilir

İranın dövlət mediası prezident Mahmud Əhmədinejaddan sitat gətirərək, onun sözləri ilə “özündən razı dövlətlərin” Tehranın elmi sahədə əldə etdiyi tərəqqidən qorxduğunu bildirib. Iran prezidenti bunu ölkəsinin nüvə dərmanları istehsalı sahəsində beş layihəni açıqlamasından sonra deyib.

İran mediasının açıqladığı məlumatda İran alimlərinin əsasən xərçəng xəstəliyinin qarşısının alınmasında istifadə ediləcək “radiofarm preparatları” istehsal edəcəkləri bildirlir. Açıqlanan məlumatda deyilir ki, Tehranın istehsal edəcəyi 15 çeşidli dərmanlardan bəzən inyeksiya vasitəsilə istifadə ediləcək. İranın “tələbə” xəbər agentliyinin saytında bildirilir ki, bu nailiyyətlər sanksiyalar rejiminin tətbiqinə baxmayaraq əldə olunub.

XS
SM
MD
LG