Accessibility links

İran alman jurnalistlərin azadlığa buraxıla biləcəyini deyir


İran alman jurnalistlərin azadlığa buraxıla biləcəyini deyir
İran alman jurnalistlərin azadlığa buraxıla biləcəyini deyir

Iran Almaniyadan gəlmiş iki jurnalisti müvəqqəti azadlığa buraxmağı nəzərdən keçirdiyini bildirib. Həmin jurnalistlər İranda daşqalaq cəzasına məhkum edilmiş qadının oğlununda müsahibə almaq üçün gəlmişdilər. İran xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst mətbuat konfransında bildirib ki, imkan var ki, alman jurnalistlər Milad bayramını ailələri ilə qeyd etsinlər. Bu jurnalistlər Səkinə Məhəmməd Aştianinin oğlu ilə müsahibə keçirməyə cəhd edərkən həbs olunmuşdular. Dünya ictimaiyyətinin qəzəbi aqarşısında İran hökuməti daşqalaq cəzasını təxirə salmışdı və hazırda məsələ İranın ali məhkəməsi tərəfindən nəzərdən keçirilir. İran hökuməti alman jurnalistləri casusluqda ittiham edib.

XS
SM
MD
LG