Accessibility links

İran amerikalı səyahətçi Sara Şourdun həbs edilə biləcəyini istisna etmir


İran amerikalı səyahətçi Sara Şourdun həbs edilə biləcəyini istisna etmir
İran amerikalı səyahətçi Sara Şourdun həbs edilə biləcəyini istisna etmir

Tehran prokuroru 500 000 dollar məbləğində pul ödəməklə zaminə buraxılan amerikalı səyahətçi Sara Şourd məhkəmədə özünü müdafiə edə bilməyəcəyi təqdirdə həbs edilə biləcəyini bildirib. Yarı rəsmi İSNA xəbər agentliyi prokuror Abbas Cəfəri Dilatabadiyə istinadən bu gün xəbər verib ki, casusluqda ittiham edilən Sara Şourd məhkəmə qarşısına çıxmaq üçün İrana gəlməyə razılıq vermişdi. İranın dövlət mediası isə bildirib ki, Şourd və onun iki həmkarı - Şon Bauer və Coş Fattal gələn ay keçiriləcək məhkəmə zamanı günahkar olmadıqlarını elan edəcəklər. İran rəsmiləri amerikalı səyahətçiləri İraqdan sərhədi qanunsuz keçməkdə ittiham edir.

XS
SM
MD
LG