Accessibility links

İranda saxlanan amerikalı turistlərdən biri, Sarah Şord azadlığa buraxılıb


32 yaşlı amerikalı Sarah Şord İran dövlətinin nəzarətindəki Press TV-nin kamerası qarşısında azadlığa buraxılması səbəbilə bütün dünya liderlərinə, İran prezidentinə, İranın dini rəhbərlərinə minnətdarlığını bildirib.

İranda bir il əvvəl həbs olunmuş Amerikalı turistlərdən biri azadlığa buraxılıb. 32 yaşlı amerikalı Sarah Şord Tehrandakı həbsxanadan bu gün azad edilib. 32 yaşlı amerikalı Sarah Şord İran dövlətinin nəzarətindəki Press TV-nin kamerası qarşısında azadlığa buraxılması səbəbilə bütün dünya liderlərinə, İran prezidentinə, İranın dini rəhbərlərinə minnətdarlığını bildirib. İran rəsmiləri Şord və digər iki amerikalı Şeyn Bauer və Coş Fatalı keçən ilin iyul ayında İraqın şimalından İran sərhədini keçməkdə günahlandıraraq həbs edib. Daha sonra İran rəsmiləri onları sərhəddi qeyri-qanuni keçməkdə və casusluqda ittiham etdilər. Turistlərin ailə üzvləri təkidlə bildiriblər ki, onlar casus deyil və sərhəddi təsadüfən keçiblər. İran bazar günü bəyan etmişdi ki, Şord səhiyyə problemləri səbəbilə 500 000 dollar müqabilində zaminə buraxıla bilər.

XS
SM
MD
LG