Accessibility links

İran atom elektrik stansiyasının bir neçə aya işə düşəcəyini bildirir


İran atom elektrik stansiyasının bir neçə aya işə düşəcəyini bildirir
İran atom elektrik stansiyasının bir neçə aya işə düşəcəyini bildirir

İranın nüvə proqramının rəhbəri deyir ki, ölkəsinin ilk nüvə reaktoru tam hazırdır və bir neçə ay ərzində fəaliyyətə başlaya bilər. Əli Əkbər Salehi dövlətə məxsus telekanala bildirib ki, fəhlələr yanacaq naqillərini Buşehr atom elektrik stansiyasının özəyinə yerləşdiriblər və fevraldan başlayaraq stansiya elektrik enerjisi hasil edə bilər. Salehi bildirib ki, rəsmilər hələlik reaktordakı suyun düzgün temperatura istiləşdirilməsini gözləyirlər. İranlılar rusların inşa etdiyi 1000 meqavatlıq reaktora yanacaq naqillərini avqustda yerləşdirməyə başlamışdılar, lakin baş verən ləngimələr əməliyyatın bitməsini noyabradək yubatdı.

XS
SM
MD
LG