Accessibility links

İran Avropa İttifaqı və Kanadanın yeni sanksiyalarını pisləyib


İran Avropa İttifaqı və Kanadanın yeni sanksiyalarını pisləyib

İran Avropa İttifaqı və Kanadanın yeni sanksiyalarını pisləyib

İran Avropa İttifaqı və Kanadanın ölkənin enerji, xarici ticarət və bank sektorunu hədəf alan yeni sanksiyaları pisləyib. Sansiyalar İranın neft və qaz sanayesinə sərmayə qoyuluşu və ticarətin azaldılmasını nəzərdə tutur.

İran Avropa İttifaqı və Kanadanın ölkənin enerji, xarici ticarət və bank sektorunu hədəf alan yeni sanksiyaları pisləyib. Sansiyalar İranın neft və qaz sanayesinə sərmayə qoyuluşu və ticarətin azaldılmasını nəzərdə tutur. İranın Xarici İşlər Nazirliyinin bildiridiynə görə, sanksiyalar Tehrana təsir göstərməyəcək və nüvə müzakirələrinin bərpasına yol açmayacaq. Rusiyanın Xarici İşlər Nazirliyi sansiyaların “qəbuledilməz” və BMT-nin Təhlükəsizlik Şurasının vəziyyətin normallaşdırılması səylərinə zidd olduğunu deyib. Avropa İttifaqının Xarici Siyasət şöbəsinin rəhbəri Katrin Aşton sanksiyaların İrana güclü xəbərdarlıq olduğunu deyərək, İranın nüvə proqramının narahatlıqları artırdığını bildirib.

XS
SM
MD
LG