Accessibility links

İran Avropa İttifaqını İraqdakı dissident qrupu ilə bağlı mövqeyini bir daha nəzərdən keçirməyə çağırıb

İran Avropa İttifaqını İraqdakı dissident qrupu ilə bağlı mövqeyini bir daha nəzərdən keçirməyə çağırıb. Qurum isə İranda insan hüquqlarının vəziyyətinə görə o ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.

İranın Tələbə xəbər agentliyinin bildirdiyinə görə, Xarici Işlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst insan hüquqlarını müdafiə etdiyini iddia edən beynəlxalq qurumlar və dövlətləri terrorizmi pisləməyə çağırıb. O deyib ki, qurumlar ikili siyasət nümayiş etdirməməlidir.

Mehmanpərəstin dedikləri Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Katrin Aştonun İraqın Əşrəf düşərgəsindəki tələfata görə təssüfünü bildirməsindən sonraya təsadüf edir. Həmin düşərgə Xalqın mücahidləri təşkilatı üzvlərinin yaşadığı yerdir. Ötən cümə günü İraqın silahlı qüvvələri düşərgəyə hücum edərək 10 nəfəri öldürmüşdü.

XS
SM
MD
LG