Accessibility links

İran təbii qazını Avropaya nəql etmək üçün İraq və Suriya ilə 10 milyard dollar dəyərində müqavilə imzalayıb. İranın dövlət televiziyasının verdiyi məlumata görə, bu gün üç ölkənin neft naziri Cənub Pars qaz yatağından təbii qazı nəql edəcək 5000 kilomerlik kəmərin inşasına dair müqavilə imzalayıb. İnşası üç ildən beş ilı qədər sürəcək qaz kəməri İraq və Suriya ərazisindən, habelə Aralıq dənizindən keçəcək. İranın neft nazirinin müavini mətbuata bildirib ki, artıq dünyada ən böyük qaz hasil edən ölkələr sırasına daxil olan İranın yeni layihəsi Cənub Pars yatağlnda hasilatı iki qat artıra biləcəyini deyib.

XS
SM
MD
LG